Bir gecəmin boşluğunda yığılmış söz yığınıyam.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 10:36 10 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bir gecəmin  boşluğundan  yığılmış  söz yığınıyam mən.Sanki  yenə bu gecə  səssizliyin mübarizəsiyləyəm yorğun dizlərim və susqun  dilim, danışansa  yalnız  qələmim  və  pianonun həzin  səsi.  Dinləyənsə  bir parça  kağız və  köhnə paltarlarım. Düşünürəm, düşünürəm ancağ hey  düşünürəm  amma  nəyi ?! Zamanımı, əsrimi , yoxsa insanların  yalanını  və etibarsızlığınımı? Yoxsa  həqiqətdən  uzağ  olan bəzi  yalan  sevgilərimi ? Budur mənə ilham verən. Budur qələmimi ahənglə tərpədən. Amma yox bu necə  ilhamdır ?! İstəmirəm bu cür,  istəmirəm  belə ilhamı. Mənə  ilham  verən  qoy payız olsun. Xəzəlin xışıltısı,  quşların  ötüşü  olsun. Sevənlərin sevgisi  olsun.  Sevibdə sevilməyənlərin   dərdi  yox. Uzaqdan sevibdə  görməyənlərin  həsrəti  yox. Nəysə,  boş  ver. Gecəmin  səssizliyi  üsyan  edir  otağıma. Qələmim  və  pianonun səsi  isə mübarizədə.  Birdə  bom-boş  düşüncələrim . Mübarizə  aparır  səssizliklə. Mənsə  sanki  tərəfsiz  bir döyüşçü. Və budur  artığ  gecə yarı  olub. Dan  ulduzuysa  pəncərədən  alaqaranlığ  otağıma şığıyır. Sanki  seyr  edir  bu  sükutla mübarizə  aparanları. Qələbəni  gözlüyür  sanki  o  bəs  bu  savaşın səbəbkarı  kimlər  və nələrdir? Bəlkə   zaman  bəlkə insanlar. Bəlkə də   sevgidir.  Hə,  elə  bu bəlkələrdir  səbəblər.  Zamanın amansızlığı  İnsanların  günahsızlığı   Sevgininsə inamsızlığıdır. Və budur,   döyüşün  sonuna  çox  az  qalıb.  Qələmimsə  ağlıyır  hey  mürəkkəb  axıdaraq.  Onun  göz yaşları  sanki  həyata  üsyankar  olduğunu  hərflərlə  göstərir. Üsyankardırmı  o,  həqiqətən?  Yox əlbəttdə  yox   sadəcə barışa   bilmədiyi   həqiqətdən   uzaq   gerçəklər  onu  həzin-həzin  tərpədir. Vərəqlərsə  onunla  eyni  düşüncədə  və  oxşar fikirdə.  Budur  artiğ   səhər   açılır,  dan  yeri  ağarır. Yorulmuş  qələmimsə  taqətdən   düşüb. Pianonun  səsiysə  sanki həyatın  nəbzini  tutur  eləbil  heç təslim olmağ istəmir o.  Və budur mübarizə bitdi   taqətdən  düşmüş  qələmim  savaşını kağızın üzərinə  qoyub  təslim  olur. Hansı ki,  o  zamanı  və  bir neçə  mətbəə kağızlarını  israf  etdi. Geriyə qalansa məndən  bir neçə  söz  yığını  oldu. Həyatın  axışında  bəzi  şeyləri  axtararkən  çox  şeyimi itirdim, Və mən ancağ öz düşüncələrimin  qurbanıyam.Əzizlərim


... dəfə oxunub
Qiymət: 9/10(21 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0763 saniye