BİZİM YAZDIQLARIMIZ, VAY-ŞÜVƏNLƏRİMİZ DƏYİŞƏCƏKMİ SOMANIN GƏLƏCƏYİNİ?
İlkin Şərifov tərəfindən "Esse" bolməsinə 10:05 23 may 2014 tarixində əlavə olunmuşdur

Fikir versəz çox qəribə bir canlı olduğumuzu şübhəsizki görə bilərsiz. Nə qədər səmimi olsaq, bir o qədər də süni və şohrətpərəst olduğumuzu da… Bəlkə də çoxunuz məni qınayacaqsınız, amma yazdıqlarımı oxumağa sizi mən məcbur etmirəm, sizi məcbur edərəm yazılarımdakı həqiqətlərdir.

Elə Soma faciəsindən yazacam. Bu mövzu haqqında hər kəs yazdı, elə mən özümdə. Yarı səmimi, yarı qeyri-səmimi. Amma ortada bir fakt dəyişməz qalıb – Somada gələcək kömür təki qaraldı. Bizim yazdıqlarımız, vay-şüvənlərimiz dəyişəcəkmi somanın gələcəyini? Dəyişəcəkmi soma körpələrinin ata yanğısını? Dəyişəcəkmi???

Bəlkə də hə dəyişəcək. Niyə bəlkə deyirəm, çünki bir neçə gün sonra bunu da unudacıyıq. İldə bir dəfə qara lent bağlayıb üzüləciyik və  yaud daha betəri üzülmüş kimi davranacıyıq. Bax budur məni düşündürən. Bax budur gələcəyimizi məhvə aparan.

Bəlkə də adiləşəcək. Necəki Şimali Koreyada hər gün insanlar edam edilir, ailəər başsız qalır. Necəki İranda hər gün onlarlar insanlar asılır, qara çarşaba bürünmüş qadınlar qaranlıqlarda itirlər soma uşaqlarıda kömürükərdə itməsindən qorxuram.

Çox düşünməyə, özümüzü kreativ, üstün zəkalı göstərməyə heç ehtiyac yoxdur. Bu problemin bir adı, bir həlli var. İnsanlıq naminə olduğumuz kimi davranaq, olduğumuz kimi yaşayaq. Yaşamımızı kimlərəsə görə nizamlamayaq.

Dur deyə bilək koreyada öldürülənlərə, xilas edə bilək dar ağacından asılanları. Aydınladaq sabahlarını kömür tüstüsündə boğulanların.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.036 saniye