BU SAXTAKAR İNSANLAR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:19 05 fevral 2020 tarixində əlavə olunmuşdur

BU SAXTAKAR İNSANLAR


Üz- gözünü boyayıb,yalançı simalarla,
Danışır mənliyindən uydurma  şablonlarla,
İşi düşən zaman da şirin kəlamlarıyla,
Neçə sifət alırlar bu saxtakar insanlar.

Hiylə yağır baxanda görəcəksən gözündə,
Nə abır hiss olunur, nə də həya üzündə ,
And olar söz gəlişi imanında , dinində ,
Haqq -ədalət sanırlar bu saxtakar insanlar.


Tamahı çeşmə bulaq  tutub gözün qarasın ,
Sağlığında sormurdu əhvalını atasın ,
Ata hardasan deyə,paylaşıb statusun ,
Yoxdu,anıb duyurlar bu saxtakar insanlar.

Seymur daha inanmır şirin dilli düşmənə,
Söz boğçası olubdur, dolub -daşır bu sinə,
Doğmalar gördüm birgün döndülər özgəsinə,
Yaxşı hesab bilirlər bu saxtakar insanlar.


MÜƏLLİF :SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0215 saniye