Bu şəhərdə var biri
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 23:47 08 sentyabr 2014 tarixində əlavə olunmuşdur

-Bu şəhərdə var biri

Mənim kimi düşünür

Mənim kimi yaşayır

Eyni şeylərə gülür

Eyni şeyə ağlayır.

 

Bəlkə gecələr yatmır

Bəlkə şairdir o da...

Edir cızma-qaralar

Bəlkə ondada var

Məndə olan yaralar ?

 

Ona da süni gəlir

Şəhərin işıqları...

Ölmək üçün yaşayan

Qəribə adamları.

 

Alıb əlinə qəhvə

Pəncərənin önündə

Seyr edir ulduzları...

O da xəyala dalır

Onun da arzusu var.

Neçə ölən ümidi

Neçə hələ ömrü var.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.027 saniye