Ego libası
Gulara Salımova tərəfindən "Hekayə" bolməsinə 11:48 11 noyabr 2014 tarixində əlavə olunmuşdur

3 gün bundan əvvələ həyata keçirtdiyim maraqlı bir eksprimentdən.

-Noyabrın  8si saat oyananda ətrafdakı pis insanların,üzlərini,daxillərini üzərimə keçirtdim.Bir az həmişəkindən fərqli olaraq ancaq özümü düşündüm.Daima nifrət etdiyim ego libasını geyindim ;hansıki,prokata almışdım.Bu tərz libaslar heç vaxt geyinmirəm.Demək olar ki,həqiqi mənada  “özümdən çıxdım”.Üzümdəki təbəssümü bir neçə günlüyünə idbarlığa,nadanlığa icarəyə verdim.Elə ilk saatlardan boğulma,sıxılmaq gəlmişdi.Hələ bu ilk saatlar idi,mən bunu 3 gün həyata keçirməli idim.Bu,aktyorların işindən belə ağırdı;çünki sən o hisləri həqiqi mənada yaşıyırsan,zahiri qrimə isə heç bir ehtiyac duyulmur,sadəcə mimikalar belə vaxtda aparıcı olur.

“Alzheimer(Alzaymr)” adlı hekayəmi yəqin oxumusuz.Bəli,bəli mənim hekayəm! Haydn...Bu arada hekayə tamamilə reallığa söykənsə də Haydn obrazı mənim ideal qəhrəmanımdır.Sizə bir az onun haqda danışım:Mən onu heç vaxt görməmişəm.Heçvaxt.İnsanı şəkillərdən nə qədər sevmək olar? Mümkün qədər.Səsini eşitmədiyin birinin səsini necə iç səsin etmək olar? Bacardığın qədər.Toxunmadığın birinə nə qədər bağlanmaq olar? Bağlana bildiyin qədər.Haydnın gözəl,onu hamıdan fərqləndirən xüsusiyyətləri çoxdur.Ən azından vicdanı var.Ən azından özünə rəva bilmədiyini heç kimə rəva bilmir.Bu çirkablarla dolu,alçaq cəmiyyətdən güclə sıyrılıb qurtulanlardan biridir.Peyğəmbər olduğunu deyə bilmərəm,onun da özünə görə ad verilə bilməyən xırda hərəkətləri olur.Məsələn;müəyyən yaşa çatsa da,hələ  sevgiylə,sempatiyanı ayırd edə bilmir.Ona həmişə xoşbəxtlik arzu etmişəm.Kimi sevirsə,onunla xoşbəxt olsun.Bu isə mənim üst cəhətim yox,borcum idi.Onu xoşbəxt görmək qədər məni nə sevindirə bilərdi?! Heç nə.Bir də bildiyim  o idi ki,indi Lorena adlı biriylə ciddi fikirləşirdi.Mənə  nə?! Bu gün isə hislərimə qısqanclıq,paxıllıq toxumları səpmişdim,3 saata cücərmələrini gözlədim.Nəticə ortada idi.Mən indi onu sevmir,onu sevdiyim üçün onun da məni sevməsini gözləyirdim.”Məni səni sevirəmsə,sən də məni sevməlisən”situasiyasından çıxış edirdim bu dəfə.Ara vurmaq üçün nəsə axtarırdım.Rejissoru özüm idim bu səhnənin nəticəni səbirsizliklə gözləyirdim və də özümə “əğyar” rolunu vermişdim.Dəqiqələri saatlar əvəz edirdi.Yadımda olmuşkən bir şey deyim :Həmin günlər əlimə nə bir qələm,nə də kitab alırdım.Heç şokolad belə istəmirdim.3 gün içində o libası nə yatanda,nə oyananda çıxartmadım.Cənnətdəki yuxuları,qara və nəhayətsiz boşluq əvəz edirdi.Çox şükür ki,o 3 gün bitdi.Həyatda yazığımız gələcək,hallarına baxıb özümüzə şükr etdirəcək kəslər əlsiz-ayaqsız.fiziki qüsurlular deyil,mənəvi qüsurlulardır ki,protez əl-ayaq ,əslini əvəz edə bilməsə belə müəyyən mənada köməyə çatır.Ancaq daxildəki pisliyi,insanları özündən qat-qat balaca görmək,hamını alçaltmaq,insanları bəyənməmək,onların xoşbəxtliyini istəməmək,əgər sən bədbəxtsənsə hamının bədbəxt olmasını arzulamaq bax bu sağalmaz xəstəlikdir,bununda çarəsi ancaq insanın özündədir.Çünki,o istəsə hər şey edə bilər.Pis insanlara həqiqətən yazığım gəlir.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0266 saniye