Əlvidaları sevmirəm
Gulara Salımova tərəfindən "Hekayə" bolməsinə 14:25 23 avqust 2014 tarixində əlavə olunmuşdur

Sən...siyah saçlı,nur üzlü,gözəl gözlü adam!

Söylə,hansı insanlığa sığır bir məsum qadını özünə bağlayıb,heç nə olmamış kimi çıxıb getmək? Söylə,özünə çatandamı düşür yadına vicdan? De görüm məni tərk etdiyin ucuz qadından dahamı iyrənc oldum gözlərində? Cəsarətin məni alçaltmağa çatdı görünür...Çıxıb qarşıma “səni sevmirəm” də deyə bilərdin halbuki.Deyəsən mən bacarıram artıq səndən əl çəkməyi.Yavaş-yavaş tərkidirəm səni.Səni unutmaq da mənim əksimədi.Görünür unuda bilməyəcəm,düzü heç istəmirəmdə.Hərdən səni unutmağa çalışdığım vaxtlar xəyalımda gənc,yaraşıqlı,cərrahı canlandırıram.Yenə də sən...Ağ xələt,açıq yaşıl kostyum.Bilirsən,birdəfəlik gedirəm.Sən mənim iç səsimsən.Daxilimdə nə vaxt danışsam sənin adınla müraciət edirəm hərdən özümə.Səni  görməyim,qarşılaşmaq ehtimalımız sıfıra bərabərdir.Başqasına can atdığım üçün unutmağa çalışmıram.Ya da səni tezliklə unudub başqa bir eşqə yelkən açmaq çox gülünc görünür.Axı bu sevgidən,eşqdən,bağlılıqdan daha üstün bir duyğudu.Beşikdən başlayıb,məzarda bitən bir duyğu.Yorulmadan,səni də yormadan sevəcəm səni.Başqaları kimi “mən sənsiz yaşaya bilmərəm “də deyə biımərəm.Kimə səndən bir cümlə danışsam,səni unutmağımı istəyirlər.”məncə unut”,”əgər istəsən unudarsan” kimi sözlər...Mən ki,unutmaq istəmirəm səni.Düşün,bu bəxtsiz həyatımda tək xoş xatirə olasan onu da unutmağa cəhd edəsən.Gülməli görünür.Mən gedirəm artıq birazdan ümid qatarım yola düşəcək.Əlvidaları sevməsəm də,əlvida!


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.1793 saniye