Gözlə.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 17:00 20 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Gözlə məni iki yay, iki payız, bir qış
Bəlkə qayıtdım, geri döndüm bir gün
Gözlə bir neçə fəsil,yağsa belə yağış
Bəlkə heç qayıtmadım ,düşsəm sürgün
Yenədə tək, tənha, boş skamya
Fikirlər mane olur rahatlığıma
Saatlar kənarda ,önəmli saniyə
Gözlə əgər varsa belə maniyə
Aylar artıq çatır illərə
Aylar zamanı , dəyişir fəsillərə
İçdə əlli il qocalsaqda
Səsimiz çatar bir neçə əsirlərə
Bəlkə dərdlər hislərin yaradıcısı ?
Bəlkə dərdlər həyat bağlayıcısı ?
Nə qədər əqidə, varsa dərdlər çəkilər
Nə qədər ki, möhkəm olursan yorur hislər
Nə qədər sir olsa, sir nə qədər pis olsa
Yox köməyi, hətda gözlərin belə dolsa
Sən bir günəş olsan,oyanaram saçan işıgınla
Sən bir gül olsan, düşərəm sənin ağuşuna.
Deyiləm məcnun ki, səni mən çox sevəm
Hisslərim ölüb sanki, yox romantika
Deyiləm xosrov sənə görə ölə biləcəyimi deyəm,
Keçməmişəm təcrübə sevgidə, yoxdur praktika
Bəzən mahnıyla yaşamaq, xəyyallara aldanıb
Hisslərə bağlanmaq qədər saf və təmizdir
Və yalnız mahnının əsiri olanda anlayırsan
Mahnının necədə gözəl olduğunu, sanırsan
Səmimi mahnılarda tap özün üçün mənfətlər
Çünki mahnılarda artıq yoxdur sərhədlər
Var azadlıqla dolu yalan sayağı həqiqət
Çünki onlarla yaşayır minlərlə qəlblər
Olsun bir az tipik , premitiv mahnılar
Axı onlarsız, yaşamaz insanlar
Onsuzda dözür hər zaman ruhumuz səssiz
Onsuzda gözlər, gözəldir ani nəzərsiz
Ürəyinin səsini dinlə, səmimi xislətini
Dinlə qəlbinin hər sözünü, hər məsləhətini
Və bir gün ayılırsan qəfil yuxudan
Və daha gizlətmirsən artıq qəzəbini.

 

15/09/2015


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0204 saniye