HAVADAN ŞƏHİDİN ƏTİRİ GƏLİR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:21 21 sentyabr 2022 tarixində əlavə olunmuşdur

Yenə dağım-daşım boyandı qana,
Sığındı el-elə, insan-insana.
Şəhid tabutuna sığınan ana -
Havadan şəhidin ətiri gəlir!

Göylər silkələnir, bulud ağlayır,
Puç olan bir arzu-umud ağlayır.
Bir dağ nalə çəkir, bir yurd ağlayır -
Havadan şəhidin ətiri gəlir!

El-oba yollara boylanıb baxır,
Yer-göy silkələnir, şimşəklər çaxır.
Gur sular bir anlıq bulanıb axır -
Havadan şəhidin ətiri gəlir!


Qarı düşmən yenə batdı günaha,
Ərənlər üzünü tutdu sabaha.
Döndü şəhid qəbri ziyarətgaha -
Havadan şəhidin ətiri gəlir!

Bir də puç olmasın arzu-diləklər,
Geriyə dönməsin qara küləklər.
Şəhid qəbri üstə açır çiçəklər -
Havadan şəhidin ətiri gəlir!

18.09.2022
SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye