Hədiyyə
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 17:13 29 yanvar 2017 tarixində əlavə olunmuşdur

Axşam düşür, şər vaxtı qarışır. Günəş gündüzün yorğunluğunu çiyinlərindən atmaq üçün yerini aya verir.Günəş geri çəkilərkən, şüalarının hərarəti azalır.Soyuq nəfəsi duyulur.Belə olduqda mənim düşüncəmə bir zamanlar mehriban,qayğıkeş bildiyim insanlar gəlir. Onlarda eyniylə günəşə bənzərlər. Varlıqları istilik,yoxluqları isə soyuqluq bəxş edir. İnsanlar  fəsillər kimi dəyişkəndir. Həyatımıza isti nəfəs,müxtəlif rənglər qatarlar,bəzənsə soyuq rüzgar kimi əsərlər. Məhz buna görə suallar bizi izlər. Əllərimizdən bərk-bərk tutan insanlar gün gələr tutduğu əlləri soyuqqanlıqla buraxarlar. Səbəb nədir? Bilirsiniz, insan bəzən hamını özü bilər, güvənər bəzən dost olar bəzən sevgili. Bağlanar, zaman keçər sən onun səndən soyuduğunu hiss edərsən. Bununda müxtəlif səbəbləri və səbəblərdən çox bəhanələri olur. Bu cür  insanlar sevginin və dostluğun nə demək olduğunu bilməyənlərdir. Həmin əllər buz olub və yaxud ovcumuzun içində sadəcə ağ vərəqdən ibarət olublar. Sanki heçnə yazılmamış kimi. Belə insanları vicdanı olmayan biri kimi qələmə verərəm. Bu cür insanlar soyuq yaz küləyinə və  isti qış səhərinə bənzəyərlər. Kimisinə xoşbəxtlik,kimisinə bədbəxtlik gətirər yağan yağışlar. Kimisi sevincini,kimisidə göz yaşlarını yağış altında gizlədər. Yağışlar kimin qəlb yanğısına məlhəm olar, bəzəndə sinədən asılan yük olar. Bəs küləklər necə? Qəlb yanğısına məlhəm olan dərman  yoxdur deyərəm. Qəlb yanğısı yandıqca yanır. O, atəşi göydən axan bir damla su belə söndürə bilməz. Sadəcə bir anlıq rahatlıq verər. Külək əsər,coşar yenə sakitləşər. Ürək bir kərə yandısa, onun közünü nə yağış nədə ki, külək söndürər. Ən uzun yol ağıldan qəlbə gedən yoldur deyərlər. Seçim qarşısında qalsam əgər  ağılı seçərdim. Arzunun niyyətin həqiqətən ürəkdən həyata keçməsinə inanırsansa, o, arzu yerinə yetəcək sadəcə səbr etmək lazımdır.Səbr isə bağlı qapıları açan açardır.Ümid səhərlərimə dayadığım nərdivanımdır. İlk addımlarda büdrəsəmdə, yoluma davam edirəm. Yollar nə qədər müşküllü olsada, qismətimə yazılan hədiyyə payıma çatacağımı bilirəm. Yetər ki, bu yoldan dönməyim.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0213 saniye