İstənilən hər an (I Fəsil)
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 20:09 23 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Son kimi əvvəl

Yazın son ayı may ayının isə ortaları idi , 1942-ci ilin may ayının 14-dü idi. Məni səfərbərliyə çağırmışdılar. Axşam ailəmlə şam yeməyində bu barədə söz düşdü, mən getmək istəyirdim bu haqda düşünürdüm. Amma ki, ailəm mənim bu fikrimə narazı idilər. Açığı nəyə görə getmək istədiyimi heç özümdə başa düşmürdüm. Yəqin ki, buna səbəb məndən daha əvvəl iki qardaşımın müharibəyə getməsidir. Böyük qardaşımın adı Seymur idi və ondan kiçiyinin adı Mikayıldı. Ümumiyyətlə biz ailədə altı uşaq idik, məndən savayı iki qardaşım və üç bacım vardı. Bacılarım adları isə Fatimə , Gülnar və Sevinc idi.Gülnarla mən həmişə bir yerdə olmuşuq həmyaşıd olduğumuza görə . Mən ondan sadəcə bir yaş böyük idim. Mənim müharibəyə getmək istəyimə hətda oda qarşi çıxırdı. Bəzən qardaşım Seymur mənə müharibə haqqında yazırdı, qardaşım Seymur keçən ilin may ayının 14-dü səfərbərliyə getmişdi. O , 1941 ci ildə Dekabr ayında Moskva ətrafında döyüşlərdə Almanlara qarşı vuruşurdu. O, döyüş daha çox ” İldırımsürətli müharibə” adi ilə tanınır. Bu döyüş haqda mən hətda radiodada belə eşitmişdim . O, məktublarında müharibə haqda yazılanlar heçdə yaxşı həyat səhnəsinə bənzəmirdi. Misal üçün yazardı orada ancaq qəddarlıq hökm edirdi , rəhm yox həddə idi. Yəqin ki, qardaşım mənim insani xasiyyətlərimə bələd olduğu üçün bu cür yazırdı. O, düzünüdə deyirdi mən qəddar birisi deyiləm. Ümumiyyətlə mən heç anlamıram, necə axı qəddar olmaq olar ? Yaxud insanların bir- birini amansızca məhv etmələri heçnə üstündə kimisi sovetlər tərəfindən , kimi isə nasist və faşistlər tərəfindən . Kimisi isə idealist olduğundan həyatları məhv olurdu. Bir müddət sonra yenidən teleqram gəldi. Mayın artıq 27-si idi. Hə, düzdü atam məni razı salmışdı getməyim deyə, axı getməmək mümkün idi ki ? Amma mən ikinci teleqramdan sonra getmək fikrinə düşdüm . Həm dəki mən öz vicdanıma sığmırdım axı necə getməyim ətrafımda olan hər kəs gedirdi. Düzdü mən o , qədərdə patriot deyiləm ama bəzən məndə çay axarı ilə gedirəm . Və məni dayandırmaq çox çətin olardı iki gün sonra hiss etdim ki getmək vaxtı gəlib çatıb. Səfərbərlikdən bir-bir, evbə- ev hər kəsi çağırıb aparırdılar və gedənlər hazırlaşırdı . Elə həmçinin məndə başladım hazırlaşmağa, lazımım gərəyi olacaq əşyalarımı topladım və qərarımı verdim əminliklə . Atam dedi ki, mənə

– bala heç olmasa sabah tezden get. Razılaşdım bu dəfə etiraz edə bilməzdim və sabaha qaldım .

–oldu ay ata , dedim. Məncə bu doğrusu idi və həmdə düşündüm ki , görüşüm hər kəslə. Kim bilir axı ?.. əsgərlik deyil ki, müharibə idi mən həmin gün hər kəslə görüşüb sağollaşdım. Gedən insanların arasında məndən başqa tanıdığım bir nəfərdə var idi, bu mənim keçmiş sinif yoldaşım idi . Onun adı Mehdi idi, biz onunla 7-ci sinfə kimi bir sinifdə idik. Bizim bir yerdə getməyimiz əla oldu məncə . Axşam oldu, bizə qonaq çox gəlmişdi , mənə görə gəlmişdilər çox güman ki , amma mənimlə maraqlanan dəmək olar yox idi. Sanki söhbət etməyə gəliblər, yaxud xala-xətri qalmamaqdan ötrü . Belə vəziyyətlərlə rastlaşdıqca əsəblərim son həddə kimi korlanır. Təssəvvür etmək belə olmur.Əgər bir insan bazara müəyyən nə isə almaq üçün gedir amma başqa bir şey alıb gətirir . Yaxud bu gün deyir belə ama sabah başqa cür edirlər. Belə insanlardan həmişə uzaq olmuşam amma bu cür hallar istisna olmaqla . Axı qonağa get demək olmaz artıq saat doqquz idi və mən darıxmağa başladım və sanki qonaqların getməsini gözləyirdim. Həm sabahı çox böyük maraqla gözləyirdim. Mənə elə gəlirdiki bu yeni və fenomenal hadisələrdən biridir. Yəqin ona görəki mən bu günə kimi öz evimizdən çox uzaqlarda demək olar ki, olmamışam. Bir-iki dəfə ancaq o da az müddətdə. Bu cür özünü kəşf etmə fikirlərimi bacım sevinc yayındırdı . O, mənə bir kiçik kağız verdi və dedi bunu sənə verməyimi istədilər. Sevincin hələ on bir yaşı var idi o, çox balaca idi. Onda sanki atamın gözləri, anamın təbəssümü var idi. O, həmişə mənə çox sual verirdi. Və bəzən mənim məqsədsiz yalanlarımı dərk edirdi. Hə mən o, məktubu aldım və oxumaq üçün münasib yerə təkləndim . Uşaqlıqdan beləyəm əgər mənə aid nəsə olursa mən təklənməliyəm. Uzaqlaşandan sonra məktubu açdım elə bu zaman gözüm lap aşağıya sataşdı ,orada yazılmışdı ” ehtiramla Xədicə ” bu an bildim bu məktub kim tərəfindən göndərilib . Xədicə kəndimizin gözəl qızlarından biri idi. Xədicəgil bizdən o, qədərdə uzaqda yaşamırdılar. Mən onu çoxdandı tanıyıram. Yaxşı qızdı bir vaxtlar sevdiyim olub hətda amma bunu ona etiraf edə bilmədim heç cür. Amma o bilmişdi çünki onu sevdiyimi ondan başqa hər kəsə deyirdim. Məhz ona deyə bilməməyimin səbəbi hisslərimdən utanmağımdır və hirslənməyimdir. Ümumiyyətlə mən hisslərimi və emossiyalarımı heç vaxt bildirmirəm və gizlədirəm sirlərimdən və fikirlərimdən fərqli olaraq. Hə başladım məktubu oxumağa … “” müşviq, səni saat onda Kür çayının qırağında körpünün yanında gözləyəcəyəm, gecikmə “” saata baxdım hələ vaxta yarım saat vardı. Tezdir hələ getmək, Ümumiyyətlə niyə gedim axı ? Ama düzü getmək də istədim həddsiz maraqlı gəldiyi üçün . Maraqlısıda orasındadır ki, axı məni neyniyir ? Mənlə nə işi ola bilər ? niyə məhz gizli görüşə dəvət etdi ? suallardan bol idim doğrusu olardı o sualların cavabını almaq. Fikirləşdim çıxım bir az gəzim və elə yavaş-yavaş gedim artıq görüş yerinə . Saat artıq ona on beş dəqiqə qalmışdı. İlahi vaxt sanki dayanacaqsız, sürətli qatar kimi gedirdi. Evdən çıxdım başladım körpünün yanına istiqamət almağa. Eləcə dayanmadan düşünürdüm onun mənə nə deyəcəyi haqda. Mən gedib təyin olunmuş yerə çatdım, orada hələlik heç kim yox idi. Oturub sahilin qırağında gözləməyə başladım. Kür çox gözəl idi gecə ay işıgında. Gündüzlərin kiçik Kürü , gecə nəhəng kimi gəldi mənə, əsrarəngiz idi. İlahi mən nə əcəb buraya daha əvvəl gəlməmişəm ? bir daha qismət olar mı ? görəsən bu yerlərə qayıtmaq. O, an mənə elə gəldi ki, sanki çox uzun müddətlik gedirəm buralardan gəlməmək şərti ilə və bu bir növ vidaya bənzəyir .

– Müşviq, ay Müşviq, bu Xədicə idi o, məni səsləyirdi. Çox güman ki, artıq saat ondur . İlahi vaxt necədə tez keçirdi, mənə elə gəldi sanki beş dəqiqə keçmişdi. Mən durdum ayağa və getdim Xədicəyə tərəf və yaxınlaşdım . Üzü aşağı yerə baxırdı çox utancaq idi. Əllərini bir-birinə sıxırdı və sanki həyacanlanırdı. O, hələdə danışmırdı. O, çox incə bir qız idi . Yerişi-duruşu da çox ədəbi idi . Sanki ehtiyyatlanır hər dəfə . Qara saçlarına ay işığı düşdükcə par-par, parıldayırdı. Axır ki dözmədim və dedim .

– salam… və düşündüm bir az özümü ağır taxtlı aparsam daha yaxşı olar an etibarıyla və nəhayət o , dilləndi.

– salam…çox sakit dedi az qala eşidə bilməyim qədər.

– necəsən Xədicə ? dedim və diqqətlə ona baxdım..

–yaxşıyam , dedi və axır ki, oda mənə baxdı..

– biz burada neyləyirik Xədicə ? dedim və üstələdim onu.

–açığı bilmirəm, səni görmək istədim ona görə, dedi və yenədə aşağı baxdı.

– çox qəribədi məni niyə görmək istəyəsən ki ? dedim və çox təəccüblənmişdim onun mənə dediyi sözlərə görə. Heç cavab gözləmədən dedim, – Xədicə elə bu qədər ?

– bilmirəm müşviq heçnə soruşma. Dedi və mən lap mat məətəl qaldım.

– bilmirsən ? bəs siz qızlar nəyi bilirsiz ? dedim arxayıncasına amma çox narahat idim.

– Müşviq sən nəyi bilmək istəyirsən? məndən nə eşitmək istəyirsən ? dedi və bü günün bütün məsuliyyətini mənim üstümə atdı.

–Məni buraya nəyə görə cağırmağının səbəbini bilmək istəyirəm. Dedim və bir an hiss etdim ki, lap təngə gəlmişəm bu boş-boş söhbətlərdən.

– doğurdan ? axı niyə ? olmaz olduğu kimi qalsın hər şey ? dedi birdən sanki tərrədüd etmiş kimi və mən çaşqınlıq içində qaldım.

– Xədicə söhbət nədən gedir ? mən səni başa düşmürəm.

– Müşviq bilirsən sən sabah gedirsən səni gözləyəcəm, dedi utancağ şəkildə.

– nəəə ? məni ? bir an bu qızın nə danışdığını başa düşə bilmədim.Məncə o heç özüdə başa düşmürdü,çünki mən əsgər getmirdim mən müharibəyə gedirdim və o, özüdə bunu bilirdi.

–Hə səni, səni sevirəm, ona görə. Dedi və mən şokda idim.Mən həyatda çox az qədər eşidiləcək cümləni eşitdim.

–Bəs bunu əvvəlcədən niyə demirdin mənə ? dedim və bir anlıq fikrə getdim, digər tərəfdəndə mənə Xədicənin dedikləri gülməli gəldi.Öz ürəyimdə düşündüm və öz-özümə sual verdim nə mənası ?

– Bilmirəm bəs sən ? sən.. sən.. hə axı səndə məni sevirdin, mən bilirəm bunların hamısını.Dedikdən sonra üzünü çevirdi və kövrəldi.

– Xədicə , mən sabah gedirəm. Biz bunu unutsaq yaxşıdı məncə.Dedim və özümü danlamaq istəyirdim ama bunun faydası olmazdı və mənasız olardı.

– Mən səni gözləyəcəm amma.Dedi və getdi, mən oturub başladım düşünməyə. Axı doğurdan mən niyə əvvələr demədim ona hər şeyi.Bəs yaxşı o, niyə demədi ? çox qəribədi mən sanki son həddə bitmiş sevgidə günahkar axtarıram yaxud bir səbəb.Hər şey gözlənilməz oldu birdən-birə.Çox qəribədi həyatda son iki il ən nifrət bəslədiyim şeylərdən birisi sevgiyəydi amma yalniz sevgi haqda oxunur ən yaxşı mahnılar və yazılır ən dərin kitablar.

Eh gözəl ay Kür qızlarda sizin kimidir gözlənilməzdirlər.Məni doğurdan narahat edən başqa bir şeyin fikridi : birincisi niyə mən onu düşünürəm ? ikincisi, mən ona qarşı olan hisslərimi müəyyən edə bilmirəm və bunların hamısını unuda da bilmirəm.Hər şey gözümün qabağında canlanırdı yenidən.Nə isə artıq gec idi mən getməliydim evimə. Amma heç getmək istəmirdim.Sanki Kür mənim ən səmimi yaxın dostumdur və artıq yolda idim.Evə çatanda gördüm ki hər kəs məni gözləyir və mən keçdim əyləşdim. Hər kəs sanki məndən nə isə deməyimi gözləyirdi.Mən heç bilmirəm necə deyim amma mənə hər şey qəribə gəlir və sanki tez getmək istəyirdim buralardan.Biz beş dəqiqəyə yaxın söhbət etdik mən birdən dəhşət dərəcədə yorğunluq hiss etdim və getdim yatmağa.Otağıma girdim birdən mənə elə gəldiki burada mənə aid heçnə yoxdur, sanki hər şey yaddır mənə.Uzandım yatağıma. Amma yata bilmirəm nədənsə.Beynimdə çox sayda suallar var hələdə. Xədicə barədə, sabah ki, gün barədə.Təssəvvür edə bilmirəm bunların hamısının sonu necə olacaq.Evindən uzaqda tanımadığın bir yerdə.Əgər soruçarlarsa getdiyin yerdə, bura haradı ? deyə , “bilmirəm” sözündən başqa cavabım yoxdur. Məhz məni narahat edəndə budur.Bəlkədə bu daha yaxşısı və məsləhətidir özümü çox yormadım və yatdım.


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0291 saniye