Kaşki zaman olardım.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 17:01 08 dekabr 2014 tarixində əlavə olunmuşdur

Kaşki zaman olardım keçmişimə səyahət edərdim saatlarla,dəqiqələrlə yarışardım. Kaşki Zaman olardım keçən zamanı tutub saxlayardım, zamanı qəlbimə dəfn edərdim saralıb tökülən payız yarpaqlarını əvəz edərdim yaz ilə. Kaşki zaman olardım dəfn edərdim gözü yaşlı zamanları. Mənim zamanımı xərcləyib mənimlə vaxt keçirənləri hələ bir şah seçilənləri dəfn edərdim zamanın saatları arasında, dəfn edərdim, dəqiqələr arasında saniyələri. Kaşki hər keçmişim, bir gələcəyimin ümid qapısı olardı yada heçnə baş verməyəydi zamanın mənimlə oynadığı oyun kimi kaşki məndə oynayardım.Görəsən bizmi həyatdan filmə baxırıq yoxsa filmdən həyata yada ki, bizim mürəkkəbimiz çox tüntdü.Kaşki Zaman olardım öz zamanımla yarışardım nə səf olardım nə düz Kaşki səflərin apardığı zamandan 1 düz olardım, düzlərin içərisində olardım Zamanın beşiyinə atılmış bir körpə olardım nə günahım olardı nə savabım. Zamanın əlindən tutardım kaşki yıxılmamaq şərti ilə büdrəsəydim bu yolda onda tək olmadığmı hiss edərdim. Keçmişə bir nəzər salardım zaman olardım gələcək dən qaçardım, qovardım gələcəyi qaçardım, keçmişə tozlu xatirələr rəfini açardım. Nəzər salardım keçmişə keçmişimin tozlu səhifələrini bir-bir vərəqlərəm, kövrəlirəm xatirələr silsiləsinə baxdıqca köksüm boşalır.Keçmişim əllərin açıb məni çağırır tozlu səsi ilə sanki səsi xırıltılıdı bəlkədə oda kövrəlib mənim kimi bəlkədə məndən ötrü çox darıxıb gözləri dolub xatirələri gözlərində vərəqləyir mənim tək. Kaşki Zaman olardım qayıdardım körpə keçmişimə, körpə sevincim kədərim qalardı körpə keçmişimdə .Kaşki zaman olardım keçmişimdə qalardım nə yaşamazdım kədərlər nədə görməzdim gözlərdə daşlaşmış yaşlar.Heç zamanın qürurunuda çəkməzdim mən keçmiş olardım zamanın bağrına sancılmış bir ox olardım məni çıxartmağa cürət etməzdi əllər.Sonda olardım zaman saatımın əqrəbləri ilə yarışardım qalardım körpə keçmişimdə..


... dəfə oxunub
Qiymət: 9/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.027 saniye