Mavi qorxusu
Gulara Salımova tərəfindən "Hekayə" bolməsinə 14:52 11 iyun 2015 tarixində əlavə olunmuşdur

...Eləki yaşıl çəmənlərin üzərinə uzandım.Çox qayğısız şəkildə 1 gün cəmi 1 gün hər şeydən uzaqlaşmağa imkan tapmışdım.Barmaqlarımı çəmənlərin üzərində gəzdirirdim. Tək mən var idim.Nə bir adəm oğlu,nə bir maşın,nə bir təyyarə səmasından keçmirdi buraların.Sonra başımı arxadan ovcumun içinə aldım.Mavi səmaya yönəltdim baxışlarımı.Bu dəfə həyatım  keçib eləmirdi gözlərimin önündən.Sadəcə bir şey məni maraqlandırırdı.Özüm.

Bəli o şablon ,cavabı heç bir cəhdlə tapılmayan sualları verirdim özümə.Kim idim mən? Nə idim?  Nə üçün gəlmişdim kainata? və sairə və sairə.

Məqsədlərim,xəyallarım,arzularım,səhvlərim,düzlərim,kədərlərim,sevinclərim –hamısını yığmışdım bir tərəfə.Amma tək bir şey var idi küncdə.Üzərini köhnə,saralmış,əzik-büzük qəzet  vərəqləri ilə örtmüş,gözümün dülüncüylə  baxırdım.Çünki baxmağa nə cəsarətim,nə də üzüm yox idi həm də mənim kimi adama yaraşmırdı  qorxmaq.Bəli,QORXU.

Necəki  məqsədlərim,xəyallarım,arzularım,səhvlərim,düzlərim,kədərlərim,sevinclərim-hər birinin yaranmasında ilk növbədə özüm iştirak eləmişdim “qorxu”  da elə idi.

Epikurusa görə-Kim ətrafa qorxu saçırsa,özü də qorxusuz deyildir.

F.M.Dostoyevski- Qorxu yalan doğurar

Horatius- Qorxu içində yaşayan biri əsla mələk deyildir .

Bir də qorxu instinkti var.Məsələn bir meşədə ayı ilə aramızda bir neçə metr məsafə var.Biz onun yırtıcı olduğunu bilsək belə qorxu instinktimiz olmasa yalın əl onun üzərinə yeriyərik və nəticədə ayı bizi parçalayar. Qorxsaydıq ayıdan qaçar ölümün pəncəsindən qurtulardıq.Və yaxud uçurum kənarındayıq.Ölüm göz və qaşımız arasındadır.Bircə addımız belə məsələni həll etməyə qadirdir.Şüursuz olaraq addımızı irəli atsaq artıq ölmüş olarıq.Amma qorxsaydıq addımımızı geriyə atar və bu qorxu bizi ölümdən xilas edərdi.

Amma bir də yersiz qorxularımız var.Kiminin yüksəklik,kiminin alçaqlıq,kiminin qaranlıq qorxusu ... Mənim də mavi qorxum var.Qorxularım- bilmirəm təsadüf ya necə hər biri mavidir. Dəniz kimi bir qorxu.

Səhər dalğaların səsinə oyanmaq,pəncərəmdə qağayıları görmək ya da Karibin sularında ,qumlu sahillərində günəşlənmək bir xəyaldır yəqin.

 Dənizi bu qədər sevərkən ondan qorxmaq nədir? Deməli gözəl olduğu qədər də,çirkinliklərin şahididir.Bizə nikbinlik bəxş etsə də,çox qüssəyə şahiddir.Bildiklərimizdən çox şey bilir.Görəsən,neçə ümidə məzardır? Görəsən neçə sevgili cüt gəlib,tək olaraq ayrılıb? Kim neçə dostunu itirib o lal sularda?  Nə qədər xəzinə basdırılıb dibinə? Bəlkə bunlardır  qorxularım? Niyə də olmasın.

Hərdən olur ki,xəritənin üzərində gəzinərkən  barmaqlarımı okean təsvirlərindən qaçırıram,boğulma gəlir.Amma axı bir şey də var .Mənə öyrədiblər ki,qorxularının üzərinə toxayla,yabayla get.Qorxularını dəf et.Qorxu sənin üzərinə nə qədər gələrsə,sən də onun üzərinə elə get.O gələndə başını,üzünü,gözünü tutub da müdafiə etmə özünü.

... Mən də belə elədim,eynən belə.Çəmənlərin üzərindən götürlənib oradan aralandım.Çox getdim çox lap çox uzağa.Qulaq batıran səssizliyi yaxınlıqdakı   dəyirmanların səsi əvəzləmişdi..Elə ki,gəlib çatmışdım mavi ümmanlara.Günəş batmaqda idi  deyəsən.İlk əvvəl ovcumun içinə alım sularından.Sonra ona tərəf yeridim.Qorxularımı basdırmışdım diri-diri.Bir az getdikdən sonra ayaqlarım torpaqla vidalaşdı,suya qovuşdu.Ölüm qorxusu qənədlərimə güc verdi,Mən ki,üzə bilmirdim.Hər şeyi valideyn,müəllim öyrədən  şey deyil ki.Düşdüyümüz vəziyyət bizi müvafiq şeylərə öyrədir.Üzə bildiyimin fərqinə varırdım.Onu indi öyrənirdim.Elə bir dərs idi ki,bura da biliklərin möhkəmlənməsinə vaxt yox idi  elə oradaca öyrəndiklərimdən imtahan verməli ,əla qiymət almalı idim.Ölüm-qalım məsələsi idi.Qalib idim.Artıq bu sınağı sonlandırmağın vaxtı gəlmişdi.Quruya tərəf üzməyə başladım.Heç bilmirdim haradayam.Elə bil kim olduğumu  da unutmuşdum.Qollarım taqətdən düşmüş,üst-başım suyun içində,özüm də titrəyirdim.Hava qaralırdı.Üzümü güldürən və bildiyim tək  şey var idi :Mən,məni mənasız yerə içdən yeyib-bitirən qorxularıma qalib gəlmişdim.İndi sevirdim mavini .Hər şeydən bir az daha çox. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+31=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye