Mehdi baba ölməz ömür boyu
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 17:39 20 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Mənə lazım deyil həyatın acı həqiqəti
Etiraz etmərəm,tənhalığa məğlubiyyəti
Hə, arada bir qarışsada hisslərim
Deməzdim sənsiz çökər dizlərim
İnan boş qalıb səmaya açılan əllərim

Baxıram göylərə,sən bir dəfəlik gedəndən
Axtarıram səni hər gün səmalarda
Batıb itirəm,sən məni tərk edəndən
Artıq yoxsan qalmışam həyatdan kənar

Ömür bitir yol bitməz deyirlər
Layiqli yolun sonuna çatdın sən
Mən sənə bənzəmək istəyirdim hərdən
Əslində demək istədim sənə keçən ildən
Zaman çarxı öldü qəfil birdən

Özümü sənsiz yaman çox hiss edirəm əzgin
Məqsədsiz yasamaq qədərdir düşmək didərgin
Üsyanım uzun çəkməsədə amma barışmır qəlbim
Ram olunmuş həyatda bitib yoxluğuna səbrim

Bəzən səni xatırladan insanlar verir kədər
Olmur yaxşı, hərdəfə olsun dedikdə
Yaman üzgünəm, dəyərli vaxtım getdi hədər
Utanmaram səmimi sözləri dilə gətirməklə!!

Ay Allah olarmı? bir dəfəyə bu qədər dərd
Mən bəlkə fikirləşdiyin kimi deyiləm bu qədər mərd
Axı haradadır məndə tənhalığa bu qədər cəsarət
Mənim daha çox varımdı xislətimdə nifrət..


... dəfə oxunub
Qiymət: 9/10(21 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye