“Mən müsəlman deyiləm - Masa arxasında şərab içmək , küçədə qan tökməkdən daha yaxşıdır”
İlkin Şərifov tərəfindən "Esse" bolməsinə 00:06 02 aprel 2014 tarixində əlavə olunmuşdur

Diqqəti dini dözümlülüyə çəkmək istəyirəm. Reallıq və nəzəriyyə haqqında yazacam. Nəzəri olaraq İslam digər dinlərə qarşı tolerantdır  və hörmət etməyi qəbul  etmişdir. Bunu bütün islam əsərlərində görə bilərik. Hz. Məhəmmədin həyatına baxdığımız zamanda bunu açıq şəkildə görürük.  XIV əsr  bundan əvvəl İslam Peyğəmbərinin digər din nümayəndələrinə (xristian, induizm) qarşı münasibəti nümunə göstərilə bilər. Dini misyonerlikdə də  islam nəzəriyyəsinin, Peyğəmbər fəaliyyətinin nümunə göstərilməsi doğru olardı.  Məhz misyonerliyin uğurlu olması üçün dini dözümlülüyün yüksək olması əsas şərt hesab olunmalıdır.

Bəs reallıq nədir ?  Heç bir  şərh vermədən yazmaq istəyirəm. Əvvəlcədən qeyd edimki bizim reallığımız çox acınacaqlıdır. Qarşımızdaki birinin başqa dinə qulluq etməsinə nə dərəcədə səbr edə bilirik ? Onların adətinə, onların fikirlərinə nə qədər tolerant yanaşa bilirik ? Məncə bu sualların cavablarını hamımız belə deyəcəyik :  “ Biz hərkəsi qəbul edirik, hörmət edirik “ ancaq əminlikə qeyd edə bilərəm ki düşüncələrimiz bu fikirləri söyləməyəcək. Ən səbrli (dini  dözümlülüyü yüksək olan) şəxs belə oradan uzaqlaşmağa çalışacaq. Sonrada hər birimiz hayqıraraq deyirik ki, “ Dinlər arası dialoq olmalıdır”

Biz təcrübəmi sizlərlə paylaşmaq istəyirəm .

Həftənin bazar günü BDU İlahiyyat fakültəsinin tələbələri ilə Provaslav kilsəsinə getmişdik. Səfərimizin məqsədi xristian dini ayinləri ilə tanış olmaq, canlı müşahidə etmək idi. Təxminən iki saat davam edən ayinin sonunda keşiş ilə aramızda dialoq oldu və bizi maraqlandıran suallarımıza cavab tapmağa çalışdıq. Kilsə səfərimiz maraqlı təəssüratlarla yadda qaldı. Məqsədim səfərimizin maraqlı olmasını qeyd etmək deyil. Məqsədim orada yaranan situasiyaları sizlərə çatdırmaqdır.

İlk təəssürat : Boğazından xaç asmış yaşlı bir kilsə xadimi əlində bir qutu (nəzir qutusu) tutaraq oradakı şəxslərə yaxınlaşır və ianə toplayırdı. Məndə qutuya kiçik bir ianə atdım. Ona görə yox ki mən xristianam  və ya başqa bir şey... Sadəcə insanlıq xatirinə. Yoldaşlarım mənim bu hərəkətimi bir mənalı qarşılamadı və bəzi simalarda mənə qarşı inciklik (bəlkədə qəzəb) gördüm. Məgər İslam insanlıq naminə xristiana kömək etməyi qadağanmı edir ?

İkinci təəssürat : Keşişə suallar verdik və bu sualların ikisi çox önəmli idi. İlk sual xristianlarda çaxırın haram olmaması  ilə bağlı idi. İkinci sual isə xristianlar arasında olan məzhəblər və münasibətlər idi ki,  keşiş buna maraqlı cavab verdi : "Şərab içmək xristian dinində şərt deyil sadəcə İsanın son axşam yeməyi rəvayətinə görə  bizlərdə (xristianlar)  adət halını almışdır. İkinci sualımıza cavab verən keşiş ilk əvvəl Ukraynadakı  xristian qarşıdurmasını diqqətə çəkdi və bunun bənzərini İslamda olduğunu söylədi (Misir, Suriya). Son olaraq keşiş belə dedi : “Masa arxasında şərab içmək , küçədə qan tökməkdən daha yaxşıdır”.

Bəli maraqlı fikirdir. Kim üçünsə doğru , kim üçünsə yanlışdır. Bəs sizin üçün necə ?  Necə olmalıdır ?

Ümümi  insanlıq naminə bir-birimizə hörmət etməliyik mi ?  Yoxsa din, məzhəb ayrılığı zəminində hələ də mübarizə aparmalıyıq mı ?

Düşünün ... Hamımızı birləşdirən bir dəyər var... Biz insanıq...


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye