Mən
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 11:12 27 iyul 2015 tarixində əlavə olunmuşdur

Mən üsyanam bir nəfəsdə kimlər duyar bir səsdə,
Azadlığımdır qəfəsim Gözlərimdir zülmətim,
Şəhidlərimdir vətənimi silkəliyən qeyrətim
Mübarizin son nəfəsiyəm xalqın göz yaşıyam

Mən qərənfiləm azadlığı boğulanın səsiyəm,
Hisslərimin fəryad etdiyi əbədi ruham
Kölkgələrimin iziyəm, Şəhidlərimin son mənziliyəm
Torpağam şəhidlərin qan çanağıyam

Mən tarixəm Həqiqətlərin iziyəm, yalanların səsiyəm
Şəhidlərimin ürəyində odlanan üsyanam
Eşqi tükənməyən vətən sevgisiyəm
Şah İsmayılın əmanətiyəm, mirasıyam

Mən Odlar yurdu Azərbaycanın səsiyəm,
1991-də Səmaya qalxan yaralı qartalam
Oğuz, bayat boyuyam Rəsulzadə nəvəsiyəm
Xalqın yasa bürünmüş son fəryadıyam

Mən düşmən əlində olan Qarabağın səsiyəm,
Qarabağım qara bağlamış, Dərdləri yara bağlamış
Yaraları nifrət bağlamış, nifrətləri həqiqət bağlamış
Mən Qarabağın qara fəryadıyam, Şəhidlərin intiqam üsyanıyam..

03/07/2015


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0312 saniye