MƏNƏ FİKİR VERMƏ QADASIN ALIM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:53 22 oktyabr 2019 tarixində əlavə olunmuşdur

Mənə fikir vermə  qadasın alım ,
Bu sevgi başımdan huşu da alıb.
Havaya, suya da  bax , hey qısqandım,
Elə bil azardı hal da qalmayıb.
Mənə fikir  vermə qadasın alım .!
Gecələr yuxum da ərşə çəkilir,
Qınaqlar yozulur bir  neçə yerə,
Nə edir ,nağayrır düşüncəlirəm,
Bölünür ,gah beşə gah da kı birə 
Fikrinlə tam başqa  xəyala dalıb ,
Səni düşünürəm, səni anıram ,
Günü günə satıb,özlüyüm ilə,
Çarəsiz -çarəsiz baş aldadıram .
Elə bil haldayam unudub özümü ,
Tək səni tapmışam, ay mənim canım!
Bu dərdin çarəsi dərmanı sənsən
Görüncə dəyişir əhvalım, halım ,
Mənə fikir vermə qadasın alım .
Mənə fikir vermə, küskün xəyalım,
Sən uç arzuların  olduğu yerə,
Seymur ümmandakı tənha adadı,
Səmamda parladın, qayltma yerə,
Bəxtimin mənimtək başı qaldadı,
Özün xilas elə özünü , qəlbim,
Mənə fikir vermə , qadasın alım!

 

Söz:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.018 saniye