Müasir yazarlarda Tanrı obrazı (I Hissə)
Ağaəhməd Göyüşov tərəfindən "Ədəbi tənqid" bolməsinə 13:03 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Heç birimizə sirr deyil ki, hər bir yazı onun müəllifinin düşüncəsini özündə əks elətdirir. Yazını oxuyan zaman şəxsin yazıda olan mövzu haqqında düşüncəsi istər öz dilindən, istərsə də hadisədəki obraz dilindən verilir. Yazıda əldə olunan nəticə yazarın oxuduqlarının, bildiklərinin, dünyagörüşünün və başa düşdüklərinin o mövzuda təsəvvürüdür desək yanılmarıq zənnimcə. Yazılan yazılarda son zamanlar mövzu oxşarlığına, obraz və düşüncə oxşarlığına rast gəlirik ki, bu da çox oxucuda bəzən əks fikirlər yaradır. Bu fikirlərə nümunə olaraq, ya mövzu tapmaqda yazar çətinlik çəkir, ya son zamanlar bir çox kütlənin xoşuna gələn mövzulara toxunulur, ya da çox sadə bu insan o mövzularda öz düşüncələrini ifadə edir, əldə etdiyi (istər araşdırmalardan, istərsə də eşitdiklərindən) nəticələri öz yazılarında göstərir və onun üçün fərqi yoxdur kimsə bəyənəcək, ya yox. Bəzənsə yazarlar hisslərin qarışmasından, coşmasından təsirlənərək müəyyən nəticələrə gəlir və bunları ifadə edir.

Yazının əsas mövzusuna keçmədən öncə bunu xüsusi olaraq qeyd etməliyik ki, yazarların (xüsusilə araşdırmaçı-yazarların, ki zənnimcə hər yazar, həm də yazacağı mövzu haqqında ətraflı, dolğun araşdırma aparmalıdır) yaratdığı əsərlər həqiqətləri əks elətdirməli və ya ən azı insanların zehnində, həqiqətləri axtaranlarda şübhə yaratmamalıdır. Zənnimcə yazar, ya düzgün məlumatları yazmalı, ya da düşündüklərini yazarkən bu yüzdə yüz belədir deməməlidir. Məncə, zənnimcə belədir, belə ola bilər deməlidir və s. Amma təəssüflər olsun ki, bu özünü doğrultmur. Hər kəs, hər yazar öz düşündüklərini həqiqət adı ilə təqdim edir. Nəticədə isə bir mövzuda bir həqiqət olduğu təqdirdə yüzlərlə "həqiqət"lər ortaya çıxır. Əlbətdə gərək oxucu bu halda deyilən bütün fikirləri dinləsin və həqiqəti tapsın. Amma yenə də yazar oxucusunu zəhmətə salmadan, düz bilmədiyi nəyisə yaxşı araşdırmadan təqdim etməməlidir həqiqət adı ilə. Buna baxmayaraq öz düşüncəsinin bu mövzuda belə olmasını təqdim etməsi problem olmaz. Və ya yazar hansısa təcrübəni, eksperimenti misal çəkirsə, onun əks nəticəsi əldə olunmuş təcrübə və eksperimentlərə də toxunmalıdır. Təcrübənin aparıldığı coğrafi ərazi, orda yaşayan millətlərin və təcrübə predmenti olan insanların hansı düşüncə və dünyagörüşünə sahib olması da önəmli faktorlardandır. Çünki heç birimizə sirr deyil ki,hər hansı bir təcrübənin, sorğunun qərbdə və şərqdə aparılması müxtəlif nəticələrlə nəticələnə bilər. Bəzi tip araşdırmalar istisna ola bilər...
Bu yazıda birgə çox kiçik bir araşdırma aparıb müasir yazarlarda ( əvvəlki yazarlarda da olsa da bəzilərində qismən də olsa ağıla batan əsaslar gətirilir) "Tanrı" obrazı nədir, necədir və ya Tanrıdan üz döndərilməsinə gətirilən səbəblərin bəzisinə baxıb onları təhlil etməyə çalışacağıq. Təbii ki, bu yazı bir araşdırmadır və təhlillər nəticəsində hazırlanmalıdır...

1) Nəzəriyyələr. Deyərdim ki, sözün düzü təhlil zamanı daha məntiqli (digərləri ilə müqayisədə) üsul kimi gəldi mənə. Ən azından ona görə ki, bu nəzəriyyələr hansısa elmi araşdırma və ya tutarlı bir arqument nəticəsində irəli sürülür. Bir çox yazarın "Tanrı” obrazı haqqında irəli sürdüyü fikirləri müxtəlif nəzəriyyələrə istinad etməsi təqdirə layiqdir. Nəzəriyyədən misalların çəkilməsi və əsaslandırılması xüsusilə. Amma bir sıra nüanslar var ki, onlara birgə nəzər salmaqda fayda var. Heç birimizə sirr deyil ki, nəzəriyyələrin sayı bir deyil, beş deyil, yüzlərlədir… Məsələn, əxlaq mövzusunda çox nəzəriyyələr var ( və ya çox nəzəriyyələrdə əxlaq mövzusuna toxunulub) və hər nəzəriyyə əxlaqı, onun göstəricilərini müxtəlif göstərir. Təbii ki, oxşar olan cəhətlərdə var. Və ya bir zamanlar bir sıra nəzəriyyə sahibləri üstünlük təşkil etsələrdə, yeni nəzəriyyənin yaranması əvvəlkiləri alt-üst etdi və s. Bir nəzəriyyənin olması, mütləq "bu belədir!” demək deyil ( yalnız inanclılar bir sıra məsələlərdə bunu deyirlər və bu onların inancından qaynaqlanır. Amma hətta onlarda da bəzi məsələlərdə müxtəlif nəzəriyyələr özünü göstərir və s.). Sadəcə olaraq bu fikir və ya fikirlərin düz olmasını, olma ehtimalını göstərən müəyyən elmi araşdırmaların, təcrübələrin olmasıdır. Bəzən isə təcrübələrdən əldə edilmiş nəticələr yanlış qiymətləndirilə və ya yanlış nəticə əldə edilə bilər. Bir nəzəriyyəyə əsaslanıb yüzdə yüz o zaman bəlkə də fikir bildirmək olar ki, digər nəzəriyyələrin hamısını biləsən. Amma bu halda da yanıla bilər insan. Elm günü-gündən inkişaf edir. Bir zamanlar "bölünməyən atomun” hissələrinin də olduğu aşkarlandı, nəzəriyyələr alt-üst oldu və s.

 

İnsan beynini "ağ lövhələrə” bənzədən nəzəriyyədə qeyd olunur ki, qeyd olunur ki, ona nəyi öyrətsən onu da öyrənəcək. Bilik baxımında bu nəzəriyyə ilə razılaşmaq məncə məqsədə uyğundur. Riyazi hesablamanı, fizikanı və ya başqa bilikləri öyrətməsən təbii ki, bu şəxs öyrənə bilməz. Bir sıra yaxşı və ya pisləri də həmçinin. Amma bu fikir bizdə müəyyən fikirlər də ortaya çıxarır. Bu hərşeyə aiddirmi? Yemək tələbatına da? Həmin insane yemək yeməyi öyrətməsən, o yemək yemək istəməyəcək və ya yeməyəcək? Elmi nəzəriyyələrin bəzisi bir sıra xüsusiyyət, xasiyyət və s. gen faktoru vasitəsilə keçdiyini də iddia edir. İslam nəzəriyyələrində əsas yer alan fitri tələbatları bu nəzəriyyə ilə qarşılaşdırmaq olar. Necə? Çox sadə. İnanclıların nəzərinə görə tapmaq ( nəyəsə tapmaq, ibadət etmək) fitri tələbatdır. Yəni o nəyəsə mütləq pərəstij edəcək, ibadət edəcək. Bu mövzunu daha da başa düşmək üçün inanclılara tutulan iradlardan birinə nəzər salaq. "İnanclar hamısı biri digərinə keçir. Yəni sonrakı gələnlər hər zaman əvvəlkindən nəsə götürür və əlavələr edir. Bu da beyin məhsulu olduğunu göstərir.” Bir növ loru dil ilə desək sadədən aliyə doğru. Sual: Tarixdə fəxrlə danışılan və irad tutulan insanlara daşa, ağaca, günəşə, oda və s. ibadət etməyi kim öyrətdi? Və ya sahib olduğu ərazini, yaşadığı yerin müdafiəsinə qalxmağı, vuruşmağı onlara kim öyrətmişdir? Suallar çoxdur, yazıbda məqaləni uzatmaq fikrim yoxdur. Və ya tutulan irada kiçik dəyişiklik edək və müqayisə edək. "İnanclılar” sözünü "nəzəriyyələr” sözü ilə əvəz edək. "Nəzəriyyələr hamsı biri digərinə keçir. . Yəni sonrakı gələnlər hər zaman əvvəlkindən nəsə götürür və əlavələr edir. Bu da beyin məhsulu olduğunu göstərir.” Burda əvəzləməni etməkdə məqsəd inancın beyin məhsulu olduğunu demək deyil, məqsəd diqqəti incə bir məqama çəkməkdir. Əvəzləmədən sonrakı cümlə həqiqəti əks etdirir zənnimcə. Çox vaxt sonra gələn nəzəriyyələr, əvvəlki nəzəriyyələrin davamı kimi olur. Onlar doğruları saxlayır, yanlışları isə düzəldir. Sual: İnanclar belə ola bilməzmi? Gətirilmiş inancda ( misal üçün xristianlıqda) dəyişdirilənlər, əlavələr sonrakı inancda (misal üçün islamda) düzəldilə bilməzmi? Və ya əvvəl insanlar fitrətlərində olan tapınmaq üçün yanlış nəyisə seçəndən sonra, beyin inkişaf etdikcə düzün axtarışına çıxıb, düzü tapa bilməzmi? Və ya dinlər insanı düşünməyə çağırırsa, beynin, ağlın inkişafı nəticəsində haqqı tapacağına işarə etmirmi?

Bəzən də fitri tələbatların aşkara çıxması üçün müəyyən faktorlar, xarici təsirlər lazım olur. Kiçik bir missal bu nəzəriyyələr haqqında düşünməyi və araşdırmağın çox önəmli olduğunu xatırladır bizə.

 

Ardı var…

Ağaəhməd Göyüşov


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0352 saniye