Müasir yazarlarda Tanrı obrazı (III Hissə)
Ağaəhməd Göyüşov tərəfindən "Ədəbi tənqid" bolməsinə 13:10 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

3) Sevdiklərimizi itirmək. Müasir yazarlarda , nəinki müasir ümumən çox yazarlarda rastlaşdığımız hallardan biri də, Tanrını hədəf halına salan hallardan biri - yaxınlarımızı itirməyimiz anıdır. İnsan üçün əvvəla bunu xüsusi qeyd etməliyik ki,yaxınlarını itirmək acısı çox ağrılıdır. Hər bir insanın həyatı boyu istəmədiyi ən acılı hallardan biri, öz anasını, atasını, övladını, dostunu və s. digər yaxınlarını müxtəlif qəzalar nəticəsində, ehtiyyatsızlıq, yatarkən hər hansı infakt nəticəsində itirməsidir.Yəni, insan hər halda kimi isə itirir. Ümumiyyətlə cəmiyyətdə elə bir şəxs tapmaq mümkün deyil ki, onun qohumu ,tanıdığı ilk gündən sonuna qədər onun yanındadır, onun əhatəsindədir. O, dünya yarandığı gündən ta bu günə kimi min illər ,milyon illər heç bir qohumunu , yaxınını itirməyib. Bu hal mümkün deyil və ümumiyyətlə insanların, yazarların bu qənaətə gəlməsi, yaxınlarını itirməkdə Tanrını günahlandırmağa səbəb hansı amillərdir?! Bunlara qısa olsa da ,məqalənin üçüncü hissəsində baxmaq bir qədər maraqlı olardı. Əvvəla insanın bu düşüncəyə gəlməsində birinci amil kimi onların duyğulara, hisslərə, emosiyalara sahib olma özəlliyidir. Yəni elə bir insan yoxdur ki, daş qəlbli olsa belə nəinki övladını , hətta bağlandığı bir heyvanını, dəyərli əşyasını belə itirdikdə və ya başına hər hansı bir pis hadisə gəldikdə belə kədərlənib pis olmasın, emosiyalara qapılmasın. Hətta, emosiyalara qapılmaqla yanaşı bir sıra hallarda ağıla gəlməz işlər görüb, gözlənilməz addımlar belə ata bilir. Bəzən qəzəblənə bilər və bu qəzəb ona müəyyən işlər gördürə bilər. Bi yandan da bu tipli hallarda emosiyaları, duyğuları, onların insanda olmasını, pisləməkdə düzgün addım deyil. Nəyə görə? Çünki insan duyğulara sahib olmasa, hisslərə sahib olmasa cəmiyyətdə , mövcud aləmdə, xüsusəndə ailəsində bir sıra emosiyonal halların olmaması , kədərin olduğu kimi sevincin, xəyanətin mövcud olduğu kimi sevginində yaratdığı emosiyalar var.Yəni ,emosiyalar müsbət və mənfi olmaqla yanaşı insanın əhval ruhiyəsinə də təsir göstərə bilir. Məsələn, insanda qəzəbin olması heç də onda mənfi bir xislətin olması anlamına gəlmir, çünki əgər insanda qəzəb olmasa onun haqqını tapdalayan bir şəxsə qarşı qəzəb hissi keçirməz , haqqını geri qaytarılmasını tələb etməz . Yəni, qəzəb hissinin insanda olması bəzən elə də pis hal deyil. Sadəcə olaraq, insan qəzəb hissini necə düzgün idarə edəcəyini düşünməlidir və bunun üzərində işləməlidir. Məqalənin həcmini nəzərə alaraq çoxda emosiyaların təhlili ilə bağlı danışmayaq, sadəcə olaraq bunu xüsusi ilə vurğulamaq lazımdır ki, insanın yaxınlarını itirdiyi zaman keçirdiyi hisslər, duyğular, bu kimi emosiyonal hallar ki var, insanlarda Tanrıya qarşı ön yarğı yaratmasına səbəb olur. Emosiyonal halda insan qərarları çox tez, hətta düşünülməmiş belə qəbul edə bilir. Hətta, bizə sirr deyil ki, qəzəbli halda söz deməməyi, qərar qəbul etməməyi məsləhət verirlər, çalışırlar ki ,insanlara bunu aşılasınlar ki, insanlar qəzəbli olduğu halda, emosiyonal olduğu hallarda qərarlar verməsinlər. Sevincli, kədərli hallarında belə söz verməsinlər, çünki emosiyonal olduğu anlarda insanlar bəzən sağlam qərarlar verməyə bilərlər. Amma buda həqiqət və reallıqdır ki, insanlara bəzən sırf bu hallarda verdiyi qərarlara görə qınamaq, günahlandırmaq da düzgün deyil. Çünki bayaqda qeyd etdiyimiz kimi, insanlar bu hallarda sağlam qərarlar verməyə bilərlər. Bəzən biz sonradan, duyğuların halətindən çıxdıqdan sonra o vaxtı nəyi isə yanlış ,nəyi isə düzgün etdiyimizi, nəyin isə yalnış ,nəyin isə düz qərarını verdiyimizi anlamış ola bilirik. Yəni, bu mümkün haldır. Deməli, birinci Tanrının əsas hədəf halına gətirilməsinə birinci səbəb kimi bunu səbəb göstərməkdə yanılmarıq. Çünki insan bu halda birinci növbədə ağlına gələn ilk şəxs, ən çox inandığı, güvəndiyi şəxs olur. Məsələn, düşünün ki, hər hansı bir məclisə qonaq kimi dəvət olunmusunuz və orda sizə qarşı bir haqsızlıq olursa, sizin birinci inciyəcəyiniz şəxs bu haqsızlığa göz yuman, dostlarınız ,yaxınlarınız və ən əsası isə sizi bu məclisə dəvət edən şəxs olur. ( Bəzən isə bu haqsızlıq yox, iszə xoş gəlməyən həqiqətlər də ola bilər ) Yəni ,tənqid edən şəxsdən incimək , küsmək ayrıca, bununla belə sizə qarşı edilən haqsızlığın üstündə sizi o məclisə dəvət edən insan- məclis sahibi, birinci növbədə sizin incidiyiniz, kin bəslədiyiniz insanlar siyahısında olur.Yəni bu anlamda insanlar Tanrıya daha çox üsyankar olurlar. Ona görə birinci növbədə tanrını hədəf alırlar ki, onlar Tanrıya çox güvənirlər ,onlar Tanrını üstün bilirlər. Və zənn edirlər ki, bu halda Tanrı onları tək qoydu və ya Tanrı onların arzusunu həyata keçirmədi və s. Və biz məclis sahibinə kin saxlayırıq. Duyğusal halda verdiyimiz qərara əsasən o şəxs bizim kin saxladığımız insana çevrilir ,o şəxslə əlaqələri kəsməyə çalışırıq. Yəni , bu hallarda yazarlarda, oxucularda da Tanrının hədəf halına gəlməsində birinci novbəli səbəb, halətdə qəbul etdiyimiz qərardır. Ən əsası da biz oxucu olduğumuz halda isə qarşımızdakının başına gəldiyi hadisədə, özümüzü həmin şəxsin yerinə qoyuruq və özümüz həmin duyğusal halda verə biləcəyimiz qərarı veririk. Duyğusal olmadığımız halda, duyğusal haldakı qərarı verdiyimiz üçün və sonda yenə də biz həmin yazarla eyni qərara gəlmiş oluruq. İkincisi, maraqlı hissələrdən biri ondan ibarətdir ki , bizim bilməli olduğumuz bir həqiqət var. O da ondan ibarətdir ki, insanlar əvvəl-axır ölürlər. Başqasının atası, anası ölürsə bu bizim üçün normal qarşılanır, amma bizim valideynimiz, övladımız dünyadan köçəndə isə normal qarşılanmır .Bu Tanrının ədalətsizliyi kimi qəbul olunur. Və ya bir qoca şəxs dünyadan köçürsə müəyyən səbəblərdən bu normal hal, lakin gənc biri dünyadan köçürsə bu qeyri-normal hal kimi qarşılanır. Halbuki , uzunömürlü və müəyyən qədər sağlam yaşayan qocalarda var. Və yaxud heç dünyaya gəlmədiyi halda ölən körpələr də var, dünyaya gələrkən anası doğuş zamanı ölən körpələr də var. Ümumiyyətlə ölüm statistikalarına nəzər salsaq, müxtəlif yaşlarda, müxtəlif vəziyyətlərdə, fəlakətlərdə və yaşlarda həyatını dəyişən insanlarda var.Amma hamısının ortaq cəhəti burasındadır ki, onlar hər biri insandır və insan ölümlü varlıqdır. Bu dünyaya gəlişimiz olduğu kimi ,bu dünyadan gedişimiz də mövcuddur. Yəni, bu həqiqəti hər zaman insan ağlında saxlamağı bacarmalıdır. Bu insan qonşumuzda olsa, yaxınımız da olsa başqa bir ölkədəki şəxsdə olsa, bu insan mütləq, mütləq bu dünyadan ölüb gedəcək , çünki insanlar ölümlüdür. Bir şəxsin yaxınımızın ölməsini Tanrının bizə qarşı ədalətsizliyi kimi saymaq düzgün olmazdı . Üçüncü əsas gətirilən hissələrdən biri insanların necə ölməsidir. Bu tip yazı yazan yazarlarda Tanrını günahlandırmağa səbəb insanın necə ölməsi halıdır. Məsələn, bəziləri şikayətlənər ki , bir şəxsin dünyaya gəlişi zamanı anasının ölməsi, bir şəxsin üç yaşında, beş yaşında ana qayğısına ehtiyacı olduğu bir dövrdə anasının ölməsi və ya ata nəvazişinə ehtiyacı olduğu zaman atasının dünyadan getməsi. Əslində bu hal tək dünya dəyişmək halı ilə bağlı olmaya bilər. Məsələn, kiminsə ayrılmağı, kiminsə atıb getməsi və s. hallar. Hər kəs gözəl şəkildə ölmür. Bayaq da vurğuladığımız kimi insanlar müxtəlif doğulur, müxtəlif cür yaşayır, müxtəlif cür ölürlər. Dünyada müxtəlif proseslər gedirsə, müxtəlif hadisələr cərəyan edirsə hadisələrin gedişatından,nəticəsindən və insanların hadisələrə münasibətindən, buna adaptasiyasından asılı olaraq, hadisələrə təmasından asılı olaraq insanların ölüm vəziyətləri də dəyişkəndir. Bəzi insanlar ola bilər ki, elektirik sahəsində işləyirlərsə,elektirik vurmasından dünyasını dəyişə bilərlər və buna ehtiyatsızlıq səbəb ola bilər. İnsanın öz səhvi, daha doğrusu diqqətinin yayınması səbəb ola bilər buna. Və ya ətrafında baş verən hansısa bir hal, hadisə səbəb ola bilər. Və ya bir şəxs avtomobil sürürsə, avtomobil qəzası nəticəsində həyatını dəyişə bilər. Bu qəzaya digər sürücü yoldaşının və ya öz səhvi səbəb ola bilər. Ya da avtomobildə çıxan hansısa nasazlıq səbəb ola bilər. Bu normal haldır ki, insan həyatını elə hadisəyə uyğun şəkildə də itirsin. Və yaxud da bəzi ölümlərə intiharları misal göstərə bilərik. İnsanin özünün özünü öldürməsi. Belə deyək nədənsə bezir, yorulur və tək çıxış yolunu ölümdə görür. İnsan iradəli varlıq olduğu üçün, itdən pişikdən, hər hansı bir heyvandan, otdan, ağacdan, daşdan fərqli olaraq iradəli varlıq olduğu üçün özünü asmasını, intihar etməsini özü istəyir və bunun nəticəsində həmin şəxsin qohumlarının tanrını günahlandırması düzgün deyil. Bəzən nəzər salsaq neçə-neçə insanın ölümdən son anda dönməsini Tanrının möcüzəsi adlandırır belə qəbul edir. Bəzi intiharda olan şəxslər hansısa bir fikrin onu intihardan daşındırdığını etiraf edəcəklər. Ümumiyyətlə bir insanı hansısa bir hadisədən çəkindirmək istəyirsinizsə yalnız onun qolundan tutub çəkindirmək yolu deyil, həmin şəxsə bəzən müəyyən işarələr göndərmək, motivasiya xarakterli söhbətlər də bura daxildir. Məsələn, polislər intihar edən kiminsə həyatını xilas etmək üçün motivasiya xarakterli söhbət yolundan çox gözəl istifadə edirlər. Problemlərin aşkarlanması, həllinə doğru yolların tapılması və s. kimi hallardan çox məharətlə istifadə edirlər. Hətta ən gülməli hallardan biri odur ki, insanlar Tanrını o qədər düşmən qismində görür ki, o, intihar etdiyi halda kəndir qırılıbsa yenə də bunu bədbəxtlik kimi qəbul edir. Hətta Tanrı məni ölməyə belə qoymadı kimi Tanrını günahlandırır. Çox maraqlı bir sual ortaya çıxır ki, bu Tanrı iradəmizi əlimizdən alıb, bizi kukla teatrından oynadılan kuklalar kimimi etməlidir?! İnsan varlıq olaraq tək bir qərarı qəbul elməkdə acizdir. Çünki nə qədər çox müxtəlif insan varsa ,o qədər də çox müxtəlif fikirlər, qərarlar var. Bir məsələyə müxtəlif yanaşmalar var. Bu halda insanın bir qərara gələ bilməməsi və bu məsələlər də Tanrını günahlandırması düzgün hal deyil.   Hətta məhkəmə məsələrində, cinayət məsələrində belə insanların duyğusal halda hansısa bir qərarı verməsi , onda yüngülləşdirilmiş amil kimi qəbul olunur . İndi siz fikir verin ki , duyğusal verilən qərarlar nə qədər mühüm məsələdir ki , hətta cinayət məsələlərində belə bu qiymətləndirilir. Məqalənin bu hissəsinin çox uzanmaması üçün bu iki nüansıda qeyd etmək istəyirəm sizlərə və bu hissəni bitirmək istəyirəm. Dördüncü isə itirdiklərimizin tam yox olmamasını qavramaq lazımdır. Nə üçün tam yox olamasını qavramaq lazımdır?! Birincisi ona görə ki, insan yalnız cismdən ibarət deyil. İnsan yalnız maddi varlıq deyil, həm də mənəvi varlıqdır. Məsələn, bir insanı görmədən o insanı yaşatmaq mümkündür. 20-25 il sizdən ayrı yaşayan iki insan zehnən, fikrən ,qəlbən bir-birini yaşadırlar. Onları öz yanlarında hiss edirlər. Və yaxud da övladlığa verilmiş bir şəxs qırx il, əlli il keçməsinə baxmayaraq, gəlir valideynlərini tapır. O ailəsini tapması ilə yanaşı gəlir və bir cümlə işlədir - "Mən hər zaman sevdiklərimi öz yanımda hiss etdim, onları hər zaman mənimlə addımlayan hiss etdim. Yəni, məsələ bundan ibarətdir ki, dediyimiz kimi insanlar bizdən yalnız cismən ayrılır. Düzdür ki, ola bilər ki biz onlara toxuna bilmərik, əllərindən tuta bilmərik, görmərik , danışa bilmərik, amma unutmamaq lazımdır ki, onlar yalnız biz onları yaşatdığımız müddətcə yaşayırlar. İnsan qəbirə basdırılırsa o insan öldü-getdi, artıq mənim üçün bitdi anlayışı yoxdur. Bunu xüsusi vurğulamaq lazımdır ki, insanlar cismini qəbrinə qoyduğumuz müddətdə ölmür! Biz onları unutduğumuz halda ölürlər , biz onlarla yaşatmağı tərk etdiyimiz halda ölürlər . Beşinci əsas gətirməli olduğumuz hissələrdən biri isə hər itkiyə fəlakət kimi baxmaq lazım deyil. Özünü inkişaf üçün sınaq, növbəti mərhələ kimi yaşamaq olur. Yəni, istənilən halda bəlkə də təkrar kimi çıxacaq , HƏYAT DAVAM edir. Bugünə kimi, ta əvvəldən itirdiklərimizlə və qazandıqlarımızla həyat davam edir. Bir yaxınımızı itirmək həyatı durdurmaz, həyatı özümüz üçün durduran elə biz özümüzük. Ətrafımızdakı hər şey öz axarı ilə davam edir. Bu tip hallardan çıxmağın əsas yolu "itirdiyim əzizim məni belə görmək istərdimi, mənim nələrə sahib olmağımı istərdi” kimi halları bilməli və ona doğru çalışmağımızdır. Siz qəbul etsəniz də, etməsəniz də bu elmlə sübüt olunsa da, olunmasa da hər bir şəxs itirdiyi əzizinin onu gördüyünü ,onu duyduğunu hiss edir. Və düşünün itirdiyiniz bir əziziniz sizi izləyir. Sizi sizdən fərqli olaraq izləyir.Bu məntiqlə yanaşsaz əzizini itirən şəxs bir otağa qapanıb həyatdan küsmüş halda və ya Tanrını günahlandırmaqla həyatını 180 dərəcə dəyişməz, neqativ çalarlar qatmaz. İnsan var olduğu gündən ölüm var. Bir halda ki, siz belə ölümdən siğortalanmamısınız , eyni ilə sizin yaxınlarınız ölümdən siğortalana bilməz.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye