MÜƏLLİMLƏRİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:08 05 oktyabr 2022 tarixində əlavə olunmuşdur

Qəlbləri billurtək safdı-təmizdi,
Solmayan çiçəkdi, cığırdı-izdi.
Atam-anam kimi mənə əzizdi -
Arzudu-diləkdi müəllimlərim!

El-oba yanında ağdır üzləri,
Unudulan deyil müdrik sözləri.
Sabaha tuşlanıb nurlu gözləri -
Sütundu-dirəkdi müəllimlərim!

Demərəm kimdənsə gendə gediblər,
Üz tutub şəhərə, kəndə gediblər.
Dar gündə həmişə öndə gediblər -
Hamıdan zirəkdi müəllimlərim!

Bizə verməyiblər ağlı beh kimi,
İtməyib izləri heç vaxt şeh kimi...
Əsəndə, əsiblər sərin meh kimi -
Nə qar, nə küləkdi müəllimlərim!

Seymura tanışdır sevinc də, qəm də.
Hər biri xalqıma ən yaxın həmdəm.
Demişəm bilirlər, hər vaxt sinəmdə -
Döyünən ürəkdi müəllimlərim!

 

05.10.2022

Müəllif:Seymur Sönməz Paşayev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+30=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye