NİYƏ NARAHATSIZ? ONLARI BİZ YARATMIŞIQ – SAXTA AVROPA DƏYƏRLƏRİ
İlkin Şərifov tərəfindən "Esse" bolməsinə 22:35 10 iyun 2014 tarixində əlavə olunmuşdur

Atalar yaxşı deyib : “Boş duranı Tanrı sevməz”

Şəbəkə verlişini yaqin ki çoxlarınız izləmisiniz. Bu dəfəki sorğuları bir neçə gün öncə “emo”ların verdiyi müsahibəyə yönəlib. Mən də öz fikrimi bildirdim. Ancaq yazılan şərhlər məni biraz əsəbləşdirdi, biraz təəccübləndirdi, biraz da kədərləndirdi.

Mən emolar və onlara bənzər azlıqların tərəfdarı deyiləm, əksinə müəyyən mənada içimdə onlara qarşı bir antipatiya da mövcuddur. Lakin bu heç nəyi dəyişmir. Onlar var və onları biz yaratmışıq. Cəmiyyətimiz yaradıb. Bir düşünün pessmistliyə qapanmağı seçən bir insanın bu seçimi etməsində ətraf mühitin rolu yoxdurmu? Cəmiyyətin günahı yoxdurmu?

Əlbətdəki var. Bizləri bu gün olduğumuz kimi görünməyə və yaxud özmüzü maskalamağa vadar edən məhz cəmiyyətdir, cəmiyyətin yazılmamış qanunlarıdır. Kimilərinə görə iylənmiş, kimilərinə görə yeni doğulmuş qanunlar.

Gəlin qəbul etməyi bacaraq. Əvvəl axır qəbul etmək məcburiyyətində qalacıyıq. Əgər qəbul etməsək, bütün bunlara qarşı sərt davransaq o zaman belə hallar daha da çoxalacaq. Odurki cəmiyyətimizi xilas edək.

Qaça-qaça avropaya getdiyimiz zaman avropanın bizə nə verəcəyini hesablamalıydıq :)


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0241 saniye