Qanlı qara yanvaram
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 17:00 21 yanvar 2016 tarixində əlavə olunmuşdur

Qərənfiləm azadlığa zindan
Vətənəm işğalda torpağa həsrət
Bir gecəyəm qanla boğulan tarix
Azadlığam susdurula bilməyən səsəm.
Qanlı qara iyirmi yanvara bürünmüş yarayam
Azərbaycanam, Bakıdan vurulanam
Axan günahsız qanlaram,xəzərin göz yaşlarıyam
Doxsanlaram unudulmayan dərin yaralaram.
Millətəm azadlığa qan səpilmiş bir gecəyəm Günahsız,silahsız türkəm , tankların önündə
əyilməz gücəm.
Qanlı yaralar izləriyəm yanvar
yaddaşıyam
Fəryad səsləriyəm əllərin cəllad olduğu gecədə
Bir millətəm, qanla yazılmış
zəfərəm,Azərbaycanam ,dalğalanan üç rəngli
bayrağam.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0319 saniye