QİSMƏTDƏN GİLEYLİYƏM BU QİSMƏTƏ NƏ DEYİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 10:31 23 may 2019 tarixində əlavə olunmuşdur

Qismətdən gileyliyəm, bu qismətə nə deyim...

 

Mən ilahi yaradan qulam sənin yolunda,

Allahdan  tək diləyim  olam hər an yanında,

Sənə qurban özüm də,sənə qurban canım da

Qismətdən gileyliyəm, bu qismətə nə deyim...

 

Taleyin yazısıyla barışım, barışmayım,

Hansı üzlə işinə qarışım, qarışmayım,

Qalmışam tək çarəsiz danışım,danışmayım

Qismətdən gileyliyəm bu qismətə nə deyim...

 

Sən uzaqda qalsan da qəlbimdə yaxındasan,

Cismimdə, ruhumdasan , hər zaman canımdasan,

Mən səni çox sevirəm,qəlbimdə,bağrımdasan

Qismətdən gileyliyəm bu qismətə nə deyim....

 

Seymurun ürəyində qal əbədi deyirəm,

Sevgi dolu ürəyə eşq məbədi deyirəm.

Həyatımın mənası bir tək sənsən deyirəm,

Qismətdən gileyliyəm,bu qismətə nə deyim?

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

22.05.2019


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye