"Mən müsəlman deyiləm" - Bu da son - "KÖŞƏ"
İlkin Şərifov tərəfindən "Esse" bolməsinə 22:26 08 iyun 2014 tarixində əlavə olunmuşdur

Çoxları anlamadı məni… Anlamaqlarını gözləmirdim, bilirdim ki anlamyacaqlar. Ən azından nəyəsə görə hörmət edəcəklərini düşünürdüm.

Bəli məhz bu belədir! Biri çıxıb hayqırsa ki “Mən müsəlman deyiləm”heç kim soruşmaycaq ay qardaş, ay xanım bir de görək nə olub axı belə hayqırrsan? Hər kəs başlaycaq ittiham etməyə… Əsası olmayan ittihamlar…

Ard-arda yazdığım din ilə əlaqəli yazılarım oxuclar tərəfindən məhz bu reaksiyanı gördü. Ümumi oxuyanların 3-4% mən özüm müəyyən yerlərinə izahat gətirdikdən sonra isə 5-10%i mənim demək istədiklərimi başa düşdü. Buda bir uğurdur. Buda bir nəticədir. Ancaq dayanmaq olmaz. Bəlkədə bu gün qarşılaşdığımız maneələr olacaq ancaq sabah üçün bunları ötüb keçməliyik.

Yalnız gələcək üçün işlərimizin nəticəsini görə bilərik. Müsəlmançılığın nə olduğunu bilməyən birinə müsəlman olmadığını dediyin anda sənə qarşı kafir və ya buna bənzər ifadələr işlədirsə özünüz təsəvvür edin vəziyyəti.

Din çox incə bir mövzudur. Bu haqda hər kəs danışmamalıdır. Din haqqında hər kəs danışdığı üçün belə bir vəziyyətə düşmüşük. Sadəcə gözlərinizi yumun və təsəvvür edin. Qarşınızda xaosa bürünmüş dini vəziyyət görəcəksiniz. Bunun səbəbini başqasında axtarmaq lazım deyil. Səbəbkar biz özümüzük. Özümüzü düzəltməliyik. Düşüncələrimizi cilalamalıyıq.

Açıq-aşkar bəyan edirəm : Əgər ki, din bu gün sizlərin söylədiyi, daha doğrusu əməl etdiyi bir məfhumdursa mən sizlərdən deyiləm. Mən o şəxlərdənəm ki, qarşımdakı insana milliyətindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq hörmət edirəm. Mən o insanam ki, qarşımdakının fikri ilə razılaşmasam belə onu sonadək dinləyirəm. Mən o insanm ki, düşünüb təhlil etmədən kimlərinsə fikrinə münasibət bildirmirəm.


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0249 saniye