Rəsulzadə yaxşı ki bu günləri görmədi, yoxsa ...
İlkin Şərifov tərəfindən "Esse" bolməsinə 10:14 23 may 2014 tarixində əlavə olunmuşdur

Bəzi dar düşüncəli ünsürlər düşünürki YAP-çı olmaq böyük şəxsiyyətləri sevməmək, onlardan imtina etməkdir. Biz sizlərdən fərqliyik.

Biz Azərbaycan üçün çalışan hər kəsi sevirik, hər kəsə hörmət edirik. Bu gün xaricə satılmış bəzi ünsürlər Yeni Azərbaycan Partiyasını elə təqdim etməyə çalışırlarki guya tarixin böyük şəxsiyyətləri bu qurum üçün önəmli deyil.M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Elçibəyvə s. bu siyahını daha da artırmaq olar. Bu insanları bizlər də sevirik, onlara hörmət edirik. Onların xatirəsini anırıq. Bu dəfəM.Ə.Rəsulzadə haqqında yazmaq istəyirəm. Növbəti günlərdə sıra ilə digər böyük şəxsiyyətlər haqqında da bir neçə kəlimə yazmağa çalışcam.

Məmməd Əmin Rəsulzadə 1884-cü il Yanvar ayının 31də Bakı şəhəridə anadan olmuşdur. Atası din xadimi olmasın baxmayaraq oğlunu  ”Rus-Müsəlman” məktəinə qoymuşdur. M.Ə. Rəsulzadə ömrü boyu Azərbaycan uğrunda mübarizə aparmış, vətənimizin müstəqillik qazanması üçün daima çalışmışdır.

M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxında iştirak etmiş, ADR-in qurucularından olmuşdur. Dövlətin güclənməsi üçün əhalinin savadlanmasının önəmli olduğunu anlayan bir qrup şəxs və M.Ə.Rəsulzadənin təşəbbüsü ilə hazırki Bakı Dövlət Universitetinin əsası qoyulmuş, xalqın maariflənməsində Rəsulzadə imzası təcəssüm etmişdir.

Təxminən həmin dövrdən bir əsr keçib gəlin indi baxaq müsavata və onun bir zamanlar Rəsulzadə tərəfindən qoyulmuş ideallarının məhv edilməsinə. Bir zamanlar Azərbaycan üçün çalışan müsavat bu gün xarici güc dövlətlərə xidmət edir, hər addımda Azərbaycan adına ləkə sürməyə çalışırlar… Rəsulzadənin mirasını bu hala salmağa sizlərin haqqınız yoxdur! Hər biriniz onun ruhu qarşısında cavab verəcəksiniz.

O (M.Ə.Rəsulzadə) Azərbaycanı yaşatmağa çalışırdı siz vətənizi parçalamğa. O sabitlik istəyridi siz xaos. O vətənimizi yadellilərdən qorumaq istəyirdi siz vətənimizi yadellilərə peşkəş edirsiz.

Yaxşıkı M.Ə.Rəsulzadə bu günləri görmədi yoxsa tüprərdi sizlərə, adınızı müsavat qoyub müsavata yaraşmayan ideallarla yaşayırsız.

Satmıyın bu dövləti, xəyanət etməyin Rəsulzadənin ruhuna, millətinizə!!! Öz sözlərinizin ardına nida, nöqtə vergul qoyaraq xaos yaratmağa çalışmayın…


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0209 saniye