SƏNDƏN SONRA SEVMƏDİM, HEÇ KİMİ SƏNİN QƏDƏR (Nəzəriyyə)
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:55 03 sentyabr 2019 tarixində əlavə olunmuşdur

Deyirlər ki ürəkdir üivi eşqin vətəni,

Heç göyərtmək olarmı quru torpaqda dəni?

Mən ki sevə bilməzdim hər yanımdan ötəni -

Səndən sonra sevmədim heç kəsi sənin qədər!

 

Neyləyim, bu ayrılıq sənin özündən oldu,

Gedişinlə baxçamın gülü-çiçəyi soldu.

Hönkürdüm bulud kimi, gözlərim yaşla doldu -

Səndən sonra sevmədim heç kəsi sənin qədər!

 

Qara bəxtim gülmədi bircə dəfə üzümə,

Baharda da soyuq qar yağdı elə izimə...

Görən necə təsəlli verim özüm-özümə -

Səndən sonra sevmədim heç kəsi sənin qədər!

 

Necə deyim, səslədim, üzümə baxıb getdin,

Ha qaçsam da dalınca, su kimi axıb getdin...

Könül sarayımı sən əlinlə yıxıb getdin -

Səndən sonra sevmədim heç kəsi sənin qədər!

 

Seymur deyir, zülmətdə heç nur saçmaqmı olar,

Bəxtin bağlı qapısın dartıb açmaqmı olar?

Bu alın yazısıymış, ondan qaçmaqmı olar,

Səndən sonra sevmədim heç kəsi sənin qədər!

 

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye