ŞƏHİDİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 06:08 15 sentyabr 2022 tarixində əlavə olunmuşdur

ŞƏHİDİM

Bilirdin qəsdinə durubdu yağı,
Bəs, niyə qaradan seçmədin ağı?
Sənin ölən vaxtın deyildi axı,
Bizi məyus etdin nədən, şəhidim!

Ürəyim şan-şandı, gözlərim dolub,
Qəm-qüssə qəlbimdə yenə iz salıb.
Ölümü gözünün altına alıb,
Torpağı yurd-vətən edən şəhidim!

Heyif ki tez çatdı sona həyatın,
Bir ana naləsi ağın-bayatın...
Elin sevgisidir son mükafatın,
Nə ad-san, nə şöhrət güdən, şəhidim!

Əgər haqq yolunda qəhr olubsa can,
Heç vaxt yerdə qalmır nə qisas, nə qan...
Çiçəyi burnunda getdin dünyadan,
Hələ çatmasa da vədən, şəhidim!

Qaldın yaddaşlarda şərəf-şan kimi,
Hamıya doğmasan ürək-can kimi.
Bir zəfər müjdəli qəhrəman kimi,
Tanrı dərgahına gedən şəhidim!

14.09.2022
SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0363 saniye