Sonra edərəm...
Ağaəhməd Göyüşov tərəfindən "Digər yazılar" bolməsinə 13:16 20 yanvar 2016 tarixində əlavə olunmuşdur

Bəzi sözlər var ki, bizi həyata bağlar, motivasiya mənbəyimiz olar. Hər dəfə o sözü eşitmək bizi xoşbəxt edər, uğura aparar. Hələ o sözləri xüsusi dəyər verdiyin şəxslərdən eşidirsənsə. Amma bunlara baxmayaraq bir sıra söz və ya sözlər var ki, sənin uğur qazanmana, aktivliyinə, inkişafına (istər maddi, istər mənəvi) mənfi təsir edir. Bəzən biz bu təsiri görmürük və ya daha sonra görürük. O sözlərdən biri də hamımıza tanış olan “Sonra edərəm…” sözüdür … “Sonra edərəm…”. Hər birimiz bu sözü işlətmişik bəlkədə, kimimiz az, kimimiz çox. Bəzən tənbəllik bizə müəyyən işləri görmək də maneə yaradır. Biz bir sıra hallarda tənbəlliyin adını yorğunluq qoyuruq, bəzən də məşğul olduğumuzu iddia edirik. Bəs əslində belədir? Özümüz də bilirik ki, bu cavablar çox hallarda bəhanədir. Sadəcə bəhanə. Çünki çox vaxt həmin işi görüb qutardıqdan sonra heç də yorğun olmadığımızı anlayırıq. Halbuki əgər işi görməzdən əvvəl yorğun olsaydıq, işi görərkən və görəndən sonra da yorğun olardıq. Və ya bir bəhanə də gətirmişdik ki, məşğuluq, vaxtımız yoxdu sonra edərik. İşi görüb qutardıqdan sonra hələ söhbətə, dincəlməyə də vaxt qalır. Deməli əslində istəsək və tənbəlliyimizə qalib gəlsək, hər bir işi görməyə vaxt taparıq və mühüm işləri “sonra edərəm” deyə təxirə salmarıq. Hətta onu da əlavə edə bilərik ki, “sonra edərəm” deyərək təxirə saldığımız bir sıra işləri heç sonradan da etmirik… İşləri ardıcıllığa əsasən düzərkən fikir verməli olduğumuz əsas amil onları əhəmiyyətliliyinə görə sıralalamaqdır. Bizim üçün lazımlı olan işlər ən vaciblər olaraq qiymətləndirilməli və icrası zamanı önə çəkilməlidir. Nisbətən az önəmlilər isə ardıcıllıqda növbəti sıranı tutmalıdır. Bizim görəcəyimiz işlər arasında önəmsiz iş olmamalıdır. İşin lazımlılığı bir-birinə nisbətdə fərlənməlidir, az lazımlı, daha çox lazım olan və s. Çünki biz önəmsiz işlərlə məşğul olan insanlardan fərqlənməliyik… “Sonra edərəm…” sözü bəzən bizdə elə pis vərdiş yaradır ki, bəzən işi görmək üçün vaxtımız və enerjimiz olsada tənbəlliyimizdən sonra edərəm deyirik. Halbuki istəsək o işi görmək bizim əlimizdə su içmək qədər asandı. Bu söz tənbəlliklə yanaşı eyni zamanda bizdə məsuliyyətsizlik də yarada bilər. Düşünün işlərin çox hissəsini vaxtında görmürük sonraya saxlayırıq. Təbii ki, məsuliyyətli insanlara xas olan xüsusiyyət deyil bu. Məsuliyyətli insanlar hər bir işi öz zamanında yerinə yetirir, özüdə məsuliyyətlə. “Sonra edərəm…” – demir…

Ağaəhməd Göyüşov


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0251 saniye