Terrorun mənbəyi - “DİN”
İlkin Şərifov tərəfindən "Digər yazılar" bolməsinə 18:12 17 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Bəlkədə mən yanılıram... Mən yanılmağı məmnuniyyətlə qəbul edərdim, hətda sevinərdim...(red.1)

Terror və din. Məna və forma etibarı ilə bir-birinə təmamilə əks olan bu iki məvhum bir nöqtədə qovuşub. Bir-birinə elə sıx sarılıblar ki bilmirsən hansı dindir , hansı terror.

Biraz düşünək nədir axı din? Nədir axı bu terror?

Sivil vətəndaşa bu suallar ilə müraciət etsən sənə bir cavab ver “İŞİD” – həm din, həm terror.

Məqsədim elə budur. İlahiyyat fakultəsi məzunu olaraq dini məsələlərdə öz soyuqqanlılığımı qorumuşam. Odur ki, bu günə qədər dinin terror hissəsi ilə bağlı heç nə yazmamışam. Bəli dinin terror hissəsi.

İstər yəhudi, istər xristian, istərsə də müsəlman inanclıların tarixini araşdırsaq din daxilində olan terror qruplarının fəaliyyəti ilə rastlaşa bilərik.

Məzhəblərarası qarşı-durmalar və buna bənzər tarixi hadisələr bizə bu məsələni geniş şərh etməyə imkan verir. Bütün bu anlayışları mütaliə edərkən şübhə yoxdur ki, dinlərin gizlin qolunun – dinin terror hissəsinin var olmasını açıq şəkildə görürük və bunun bir-başa idarə olunmasını şübhəsiz  ki, anlamaqda çətinlik çəkməyəciyik.

Terror bizə nə imkanlar verir? Terror bizə din ətrafında birləşmək imkanları verir, hansı ki, bu birlikdən daha sonra məzhəblərarası terror törətmək üçün istifadə edəciyik.

Xristian katoliklərinin digər məzhəblərə qarşı etdikləri dəhşətli hadisələr, sünni-şiə qarşıdurmasının acınacaqlı nəticələri, digər məhəlli dinlər arasında olan savaşlar, iudaizm inanclılarının arasında baş verən hadisələr və son dövrlərə baxsaq vəhabilik təriqətinin yaranması və günümüzədək gəlib çıxan din terroru.

Hər birimiz hər gün bu yazdıqlarımı tv və digər media vasitələrindən oxuyuruq. Hər dəfəsində bu vəhşiliyin son bulmasını istəyirik ancaq hansı şəkildə? Böyük əksəriyyətin fikri dini qruplaşmalar adı altında fəaliyyət göstərən dəstələirin birbaşa və yaxud dolayı yolla məhv edilməsini düşünür və bu düşüncəsində önəmli arqumentlər gətirə bilər. Ancaq heç kim insanlığı qurtarmaq üçün düşünmür. Hər kəs öz inancının xilas olmasını diləyir, öz inancları uğrunda mübarizə aparır.

Bizi insan edən bizim inanclarımızdırmı? Yoxsa biz insan olduğumuz üçünmü inanclıyıq?

Sonda sonumuzu hazırlamaqdan qaçıb insanlığı xilas etməyi arzu edəcəm sizlərə.

Red1 Bu hissə yazının terror hissə ilə bağlıdır


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

İlkin Şərifov
Haqqında
Şərifov İlkin Səməd oğlu
Dinşünas
BDU-nun İlahiyyat fakultəsinin məzunu
Tel : (+994 55) 225 33 01
E-mail : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1993-cü ildə Samux rayon Ziyadlı kəndində anadan olub. 1999-2010-cu illərdə Samur rayon İ.Nəsimi adına tam orta məktəbdə təhsil almışdır. Subaydır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-2014cü illərdə BDU-nun İlahiyyat fakültəsini bitirmişdir.
1 məqalə, 2 tezisin müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ilədə BDU THİK-də büro üzvü
2012-ci ildə Fakültə Tələbə Həmkarlar Təşkilatının(FTHT) sədr müavini olub.
2012-ci ilin mart ayından FTHT-nin sədridir.
2012-ci ilin may ayında Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsinə seçilmişdir.
2012-ci ilin avqust ayında İşıq Gənclər Hərəkatının həmtəsisçisi olub.
2013-cü il avqust ayında Güclü Gənclik İctimai Birliyinin həmtəsisçisidir.
2013-cü il sentyabr ayından etibarən Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində sədr müavini vəzifəsində çalışır.
2014-cü ilin yanvar ayından Türkdilli Gənclər Qəzetinin baş redaktordur.

MÜKAFATLARI : 

2011-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2012-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı
2013-ci il "İlin ən yaxşı tələbəsi" fəxri adı

TƏDQIQAT SAHƏSI

Dinlər tarixi, İslam dini
Əlaqə
Tel.:
(+994 55) 225 33 01
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye