Uçuruma gedən gəncliyimiz.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Digər yazılar" bolməsinə 21:58 20 aprel 2015 tarixində əlavə olunmuşdur

Müasir Azərbaycan gəncləri - 13-14 yaşıdan başlayıb təsbeh fırladan, bıçaq gəzdirən, oğrular haqqında kitabları oxuyan, türmə arzusu ilə yaşayan müasir Azərbaycan gəncləri, bir az da təhsilə önəm versəydilər daha yaxşı olardı. 

Məsələn, günlərini çayxanalarda hansısa bir qızın arxasıyca danışmaq əvəzinə, kitabxanada kitab oxumaqla keçirsəydilər daha yaxşı olardı. Başa düşürəm, deyəcəksiz ki, kitabxanaya getmək əziyyətdir. Amma elektron variantı olan kitablar da var. Onlardan da istifadə edə bilərsiz. Azərbaycan mütaliəsi aşağı olan ölkələr siyahısındadır. Bu ölkədə mütaliə səviyyəsi yox dərəcəsindədir. 

Bəlkə də imkanları olsa yeyərlər adamı... Elə insanlar var ki, "A-B" hərfini yaza bilmir, amma oturub adama ağıl öyrədir. Hələ bir “razborka qanunları” adlı kitab çıxarmaq arzusunda olan oğlanlar da var. Kaş ki, gənclərimizdə içkiyə, siqaretə, bədənin satanlara qarşı olan arzu, həvəs, sevgiyə, kitaba və təhsilə qarşı olardı. Amma təəssüf edirəm, müasir Azərbaycan gəncliyi "müasirlik" adı ilə uçuruma gedir.

 


... dəfə oxunub
Qiymət: 10/10(27 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0281 saniye